Möcüzəli bir yemək ziyafəti
Hz.Məhəmməd'in (s.a.s.) Hz.Əbu Eyyub əl-Ənsari'nin evində qaldığı vaxtlar idi. Hz.Əbu Eyyub, Nəbiyy-i Möhtərəm Əfəndimizlə Hz.Əbu Bəkir es-Sıddık'a yetəcək iki nəfərlik yemək bişirib gətirmişdi. Peyğəmbər Əfəndimiz ona, "Get, ənsarın xalqından mənə otuz nəfər çağır!" deyə əmr etdi. Hz.Əbu Eyyub əmri yerinə gətirdi. Otuz nəfər gəlib yeməkdən yedi. Sonra yenə fərman etdi: "Altmış nəfər yenə çağır!" Altmış nəfər daha gəlib yeməkdən yedilər. Əfəndimiz sonra təkrar, "Yetmiş nəfərdə çağır! deyə fərman etdi. Hz.Əbu Eyyub bu əmridə yerinə gətirdi. Yetmiş nəfər də gəlib doyunca yemək yedilər. Və Hz.Eyyub deyir ki:
"Qablarda yemək artıq qaldı. Bütün gələnlər o möcüzə qarşısında İslamiyyətə girib sədaqətlərini göstərdilər. O iki nəfər üçün hazırladığım yeməkdən 180 adam yedi!"






