ice berg

ice berg İdman 1-02-2021, 10:45

Məhəmməd Salah Premyer Liqanın tarixinə düşdü

Məhəmməd Salah Premyer Liqanın tarixinə düşdü
"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

LoaDinG.aZ "Squawka Football" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu çempionatda 90-cı qolunu vuran 5-ci afrikalı oyunçu olub.

Salah XXI turda "Vest Hem"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib. Misirli forvardın komanda yoldaşı Sadio Mane (91 qol), "Everton" və "Portsmut"un keçmiş üzvü Yakubu Ayegbeni (95 qol), "Tottenhem", "Arsenal" və "Mançester Siti"də oynamış Emmanuel Adebayor (97 qol) və "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba ondan daha çox qol vurub.

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"da 2017-ci ildən çıxış edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 613 547 577 532 507

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.