ice berg

ice berg Sevgi 9-02-2021, 23:32 LiL"Orxan-Sən oLmadan.. dinləyir.

Acı çəkmək sənin heç xoşuna gəldimi?.

Acı çəkmək sənin heç xoşuna gəldimi?.
Gəl desəm sənə
Heç bir şey soruşma, heç bir şey danışma, yalnız gəl...
Gələrsənmi??
İndi desəm ya da..??
Heç bir şey soruşmadan yenə mənimlə gedərsənmi sonu naməlum...??
Baxmasan, görməsən, eşitməsən məni günlərlə. ..Aylarca bəlkə....
Yenə məni sevərsənmi?
Gözdən iraq olan könüldən uzaq olarmış deyirlər ha..
Yanımda olub uzaq olanlardansa, uzaqda olub içimdə olmağı bacara bilərsənmi??
Aylar sonra, illər bəlkə..
''Səni sevdim. .Səndən gələn yaxşı-pis hər şeyi sevdim. Və həmişə sevəcəyəm..''
Deyə bilərsənmi..??
Yanında oturarkən belə zaman-zaman mənim üçün dəli kimi darıxa bilərsənmi??
Hər ayrılışımızda səhərə, bir daha görə bilməmək qorxusuyla havalanarsanmı?
Hər gələn telefonda 'mən' deyə diksinərsənmi səbəbsiz..?
Gəl desəm sənə
Məni hər dəqiqənə daşıyıb yaşamağı bacara bilərsənmi??
Məni ,mən kimi sevə bilərsənmi??
Havalansam bir gün..
''Eşşqimmm...'' deyə yenə sarıla bilərsənmi?
Kapriz etmək istəsəm., izdihamlarda əlimi tuta bilərsənmi?

Həyat bir gün mənə oyun oynasa, maskaları cırıb hər yerimdən, çoox çirkin olsam, yenə məni görə bilərsənmi??
Nə şərt və mövqe olursa olsun, göz bəbəklərimin həmişə eyni baxacağını bilə bilərsənmi??
Ya da mən həyatla oynamağa qalxsam, bir gün nəfəsimdən sıxılıb..
Ölsəm bir gün, yaşadığın hər gün üçün mənimlə, 'bir saniyəsi üçün belə peşman deyiləm' deyə bilərsənmi?
Sən heç gözyaşlarını tutmağa çalışdınmı??
Sənin hər gün axan hər gözyaşınla, çəkdiyin ağrılarla qürur duydunmu heç?
Acı çəkmək sənin heç xoşuna gəldimi??
Mən acı çəkmək xoşuma gələrmişcəsinə açardım mahnımızı dinləyərdim
səni görə bilmədiyim hər günə, hər saata, hər dəqiqəyə lənət edirəm və ən vacibi səni həqiqətən sevirəm!!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
673 696 571 663 651 681

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.