Melis

Melis özünü 😕 yorğun hiss edir. Mətbəx 11-02-2021, 22:30

Badambura resepti

Badambura resepti
Tərkibi:
Xəmir üçün:
700 q un
200 q süd
3-4 x.q. mayonez
50 q maya
1 yumurta

İç üçün:
300 q qoz ləpəsi
300 q şəkər tozu
vanil
hil
0,3 q duz

Yağlamaq üçün:
250 q yağ
50 q şəkər pudrası

Hazırlanması:
Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. Acıdın.
10 kündə tutun, bir-bir yayın. Arası yağlanmaqla üst-üstə yığın. Sonra rulet şəklində bükün. Həlqələrə doğrayın.Hər həlqəni azca yayın. Ortasına 1,5-2 x.q. iç qoyun. Kənarlarını şəkərbura kimi bükün. Bir az saxlayın.Sonra soyuq, yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada bişirin.

Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 506 532 482 475 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.