Gulusum

Gulusum özünü 😕 yorğun hiss edir. Sevgi 12-02-2021, 12:39

Sən Heç Təkliyə Bir şeylər İzah etdinmi...

Sən Heç Təkliyə Bir şeylər İzah etdinmi...
Bir gün həyatımdan öldürərcəsinə çıxacaqsan. və mən səni həmişə son günkü halınla xatırlayacağam. səni ən gözəl halın nə idi deyə düşünürəm. Və içimdən bir səs illər əvvəlinə aparır məni ...

Səni hər vəziyyətdə içimdə hiss edə bilirəm. Bax hadisəmin ən gözəl yanı bu. Sən nə qədər anlaya bilərsən bilməyirəm. Amma mənim kimi hər şeydən və hər kəsdən uzaq bir həyatın olmasaydı bunun nə demək olduğunu anlar idin. Səni anlıya bilirəm sevdiklərin və sənə dəstək verən hər kəsin yanında ağlamaq belə sənin təbii. Mənim üçün çətin olan hər şey sənə təbii gəlir.

İndi yatirsan Bir siqaret yandırmış yatağının ucunda yaşadıqlarını və mənim sənə söylədiklərimi və hətta yaşadıqlarının bir səhv olduğunu düşünürsən Qanayan yarayam sənin üçün bilirəm. Bir səhv. Bir səhv. Halbuki yalnız sevmişdim səni. Hələ ağılımın bir ucundan çıxmırsan. Son dəfə çıxmayan olacaqsan. Səni əsla unutmayacağam. Yerlərdə sürünüb yox olsam, evlənib uşaq sahibi olsansa və addım bir tərəfə, dünyada olduğumu unutsansa mən yenə buraxdığın yerdə olacağam.

Parkdakı uşaqlara baxıb səni yaşayacağam. Söküb atmam gərək içimdən səni. Həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm. Və belə ki heç sızlamamalı içim səni gördüyümdə. Sən utanmalı, sən başını əyməlisən. Etdiklərindən utanmalı, iliklərinə qədər üşüməlisən yazın qovurucu istiliyində...

Amma olmaz bunu sənə yaRAıtıramam. Sən bunları yaşamamalı, görməməlisən. Qorxma sevdiyim mən gizli bir küncdən seyr edər sonra yavaşca itərəm. Sən heç görməzsən məni. Bəlkə bir gün ortaq bir tanışımızdan xəbərlərimi eşidərsən. Olar da haqqımda pis bir şeylər deşitsən nə olar qulaq asma yalandır mütləq. Sənin kədərlənməyin üçün deyilmişdir.

İçim yanır kimsəyə izah edə bilmirəm. Xoş sən belə anlaya bilmədikdən sonra kim anlasın. Mənə güldüklərini bilirəm bunu iliklərimə qədər bilirəm. eybi yox olsun, gülsünlər, mən bilirəm içimdəkiləri. Yorğun bədənimi ulduzlara daşıyacaqlar bu mənim ən xoşbəxt günüm olacaq. Sevdiklərimi oradan görə biləcəyəm. Bir qəhvə iyi, bir siqaret tüstüsü qədər yaxın olacağam sənə. Sənə və sevdiyim bütün insanlara.

Son bir sevgi son bir xoşbəxtlik tutdum səninlə, bəlkə də çox qısa idi kimiləri üçün. Haradan bilsinlər mənim üçün bir ömürə əvəz olduğunu. Mən gözlərimdə yaşadım bu eşqi və yenə gözlərimdə buraxdım ümidlərimi. Bunları bir gün oxuyacaqsanmı? Oxuyarkən ağlayacaqsanmı bilməyirəm. Amma məni anlaya bilməyin üçün çox zaman keçməsi lazımdır bəlkə əsrlər. Təkləri oynayıram sən belə fərqində olmadan. Bax mən buyam, kimsənin istəmədiyi, kimsənin anlamadığı. Anlamaq istəmədiyi. Yuxuların ən şirini sənin üçün olsun canımın içi...


Sən Heç Təkliyə Bir şeylər İzah etdinmi...
Sən Heç Eləcə Ortada Qaldınmı!!!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
710 729 635 636 608 634

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.