ice berg

ice berg Mətbəx 16-02-2021, 13:00

Tərəvəz qarnitürlü Somon

Tərəvəz qarnitürlü Somon
İnqrediyentlər

Qarnitür üçün soğan-1 ədəd
badımcan-1 ədəd
sarımsaq-2 diş
qırmızı bibər-1 ədəd
yaşıl bibər-1 ədəd
yaşıl noxud-15 ədəd
duz-1 ç.q.
Super Sun yağı-1 x.q.
Somon üçün
somon filesi-3 ədəd


Hazırlanma mərhələsi

Sarımsağın qabıqları soyulur, əzilir.
Limon suyu sıxılır. Duz, limon və sarımsaqla qarışdırılır. Bu qarışıma əridilib soyudulmuş Super Sun yağı da əlavə olunur.
Qarışım somonların üzərinə fırça ilə çəkilir.
Soba qabına yağlı kağız sərilir, somonlar bura düzülür. 180 dərəcəli sobada 20 dəqiqə bişirilir.
Somonlar bişərkən qarnitürlər hazırlanır.
Əvvəlcə badımcanların qabıqları soyulur, kub-kub doğranılır. Bir az duzlu suda saxlanılır, suyu süzülür.
Soğanın qabıqları soyulur, nazik-nazik doğranılır.
Yaşıl noxud yuyulur, suyu süzülür.
Bibərlərin tumları çıxarılır, nazik-nazik doğranılır.
Bir tavaya supersun yağı tökülür, soğan və sarımsaq azca sotelənir.
Sonra bibərlər də bura əlavə olunaraq qarışdırılır.
Sonda isə yaşıl noxud və badımcan əlavə olunur, duz tökülür və sotelənir.
Somonlar sobadan çıxarılır. Sotelənmiş tərəvəzlərlə birlikdə servis edilir.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1447 1347 1337 1300 1202 1193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.