ice berg

ice berg Mətbəx 23-02-2021, 10:01

Su çərşənbəsi üçün özəl menyu

Su çərşənbəsi üçün özəl menyu
Ərzaqlar:
1 kq doğranmış qoyun əti
5 ədəd soğan
300 qr şabalıd
15 ədəd albuxara
1 çay qaşığı limon suyu
Yarım çay qaşığı sarıkök
1 stəkan ət bulyonu
Duz, istiot

Hazırlanması:
1. Əti yuyub bişirin.
2. Şabalıdları çərtib 5 dəqiqə qaynar suda bişirin və çıxararaq qabığını soyun.
3. Albuxaranı 3-4 dəqiqə suda saxlayıb, suyu boşaldın.
4. Baş soğanı halqa şəklində doğrayıb yağda qızardın.
5. Daha sonra əti də əlavə edərək qızardın.
6. Ayrı bir tavaya bir az yağ töküb az odda şabalıdları qızardın.
7. Eyni üsulla albuxaranı da qovurun. Bunları ətlə soğanın üstünə töküb astaca qarışdırın.
8. Fincana limon turşusu, bir az duz və sarıkök töküb qaynar su, ya ət bulyonu əlavə edib qarışdırın. Qarışımı ətin üstünə tökün. Yarım saat ərzinda vam odda bişirin. Vaxtaşırı astaca qarışdırın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 444 399 486 443 394

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.