ice berg

ice berg Müxtəlif 25-02-2021, 12:21

\\*Öyrəndim ki*//

\\*Öyrəndim ki*//
Öyrəndim..

Öyrəndim ki, kimi isə sizi sevməyə məcbur etmək lazım deyil. Sadəcə, özünüzü seviləcək insan edin. Gerisini qarşı tərəfin ixtiyarına buraxın.

Öyrəndim ki, həyatda qiymətli şeyləri mübahisəsiz qazanmaq mümkün deyilmiş…

Öyrəndim ki, çətinliklərdən çıxmaq sadəcə öz əlimizdədir…

Öyrəndim ki, şöhrət günəş altında əriyib gedən bir buzdur..Onun gözəlliyinə aldanmaq insanı sadəcə uçuruma aparır…

Öyrəndim ki, müvəffəqiyyətə gedən yol heç vaxt asan olmayıb…

Öyrəndim ki, sürətlə getmək həmişə irəlidə getmək deyilmiş…

Öyrəndim ki, şirin bir söz də böyük yaxşılıq imiş…

Öyrəndim ki, inam qazanmaq üçün illər lazımdır, amma onu itirmək üçünsə sadece bir dəqiqə…

Öyrəndim ki, həyatda nələrə sahib olduğun deyil, kimlərlə olduğun önəmli..

Öyrəndim ki, insanların başına nə gəldiyi deyil, o durumda nə etdikləri önəmli..

Öyrəndim ki, qarşılıq vermək düşünməkdən daha asandır.

Öyrəndim ki, bütün sevdiyin insanlarla mehribanlıqla ayrılmaq lazımdır vəziyyət necə olursa olsun.. Çünki, bunların hansı son görüşdür onu heç kəs bilmir…

Öyrəndim ki, qəhrəman dediyimiz insanlar bir şey etmək lazım olduğunda edilməsi lazım olanı şərtlər nə olursa olsun edirlər.

Öyrəndim ki, bəzi insanlar bizi çox sevir amma bunu necə ifadə edəcəklərini bilmirlər..

Öyrəndim ki, pul ən ucuz uğurdur…

Öyrəndim ki, ən yaxşı dostlar o dostlardır ki, hansı vəziyyətdə olursan ol onların sənin yanında olması sənə ruh verir..

Öyrəndim ki, yıxıldığın anda səni əzəcəklərini düşündüyün bəzi insanlar səni qaldırmaq üçün əllərini uzada bilərlər..

Öyrəndim ki, iki insan eyni şeyə baxıb tamamilə ayrı-ayrı şeylər görə bilərlər..

Öyrəndim ki, aşiq olmanın və eşqi yaşamanın çox növləri var..

Öyrəndim ki, hər zaman vicdanına hesab verənlər həyatda daha gərəkli insanlardır.

Və ən əsası öyrəndim ki, dostlarsız həyat mümkün deyil…..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 653 554 531 513 636

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.