KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 4-03-2021, 13:00

Dinimizde qazanc həddi

Dinimizde qazanc həddi
Dinimizdə qazanc həddi yoxdur. Lakin ihtikar (insan və heyvan qidalarını yığıb bahalandığı zaman satmaq) və fahiş qiymət (həddindən çox qiymət) qadağan edilmişdir. Mədinədə bahaçılıq olmuşdu. Qiymətlər yüksəldiyi üçün qazanc həddi qoyulması istənildiyində, Peyğəmbər əfəndimiz, “Qiymətləri qoyan Allahu təaladır. Ruzini genişlədən, daraldan, göndərən yalnız Odur. Mən Allahu təaladan bərəkət istərəm” buyurdu. Başqa bir hədisi-şərifdə isə, “Qazanc həddi qoymayın, qiyməti qoyan Allahu təaladır” buyuruldu.

İnhisarçılar, fürsətçilər tərəfindən [mallar saxlanaraq] qiymətlər yüksəldilib millətə zərər və zülm halına gəldiyi vaxt bu işlər üzrə Dövlət orqanlarının əlaqədar şəxslərlə müşavirə edərək uyğun bir narh (istehlakçını qoruma məqsədi ilə hər yerdə etibarlı olan qiymət), qazanc həddi qoyması caiz olar. (Rədd-ül Muxtar)

Peyğəmbər əfəndimiz, “Müsəlmanların şəhərə mal gətirən kəndliləri qarşılayıb bazar qiymətini gizləyərək ucuz satın almalarını” qadağan etdi. Kəndli belə bir satışdan imtina edə bilər. Bazardakı qiymətləri bilməyənlərə yüksək qiymətlə mal satmaq da haramdır. Hətta, naşı olub ucuz satan və ya bahalı alan ilə alver etməmək lazımdır. Bunlarla alış-veriş edərkən bazardakı qiyməti gizləmək günahdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
578 717 573 700 586 656

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.