ADMiN

ADMiN Məsləhətlər 6-03-2017, 11:47

Ən faydalı içkilərin SİYAHISI. Mütəxəssislər tövsiyə edir

Ən faydalı içkilərin SİYAHISI. Mütəxəssislər tövsiyə edir
Mütəxəssislər insan sağlamlığı üçün ən faydalı içkilərin siyahısını tərtib ediblər.

Xarici KİV-lərin məlumatına görə, içkilər faydalı xüsusiyyətlərə görə belə sıralanıb:

1-ci yer. Ağ çay. Xüsusi çay növüdür.

2-ci yer. Yaşıl çay. 

Hər iki çay polifenol maddələrlə zəngindir ki, bu maddələr orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırır, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ağ çay polifenolların miqdarına görə çempion sayılır.

3-cü yer. Karkade çayı. Bu tünd qırmızı rəngdə olan dadlı və ətirli içki Hibiscus sabdariffa gülündən hazırlanır. Karkade antosian maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığını qoruyur.

4-cü yer. Qəhvə. Bu içki ürək-damar sistemi üçün faydalıdır və həmçinin xərçəng xəstəliklərinin riskini azaldır.

5-ci yer. Tomat şirəsi. Bu içki görməni yaxşılaşdırır, insultdan qoruyur və bəzi xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

6-cı yer. İtburnu dəmləməsi. C vitamini ilə olduqca zəngindir, immuniteti möhkəmləndirir, ürək və damarlar üçün faydalıdır, orqanizmdə iltihabları azaldır.

7-ci yer. Qırmızı çaxır. Ürək və damarlar üçün faydalıdır, qanda pis xolesterinin səviyyəsini aşağı salır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 580 566 565 544 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.