KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 7-03-2021, 16:00

Necə barışım mən bu zamanla

Necə barışım mən bu zamanla
Məmurlar Firon tək əyləşib taxtda
Torpaq qanununun icrası saxta
Kompüter texnika olan bu vaxtda
Kəndli yer şumlayır xışla, kotanla
De, necə barışım mən bu zamanla?

Cinayət törədən hakim bizdədir
Xəstəsin öldürən həkim bizdədir
Özünü kəşf etməyən alim bizdədir
Bu əsəbi başla, bu dərdli canla
De, necə barışım mən bu zamanla?

Gerayin saqqızdı yoxsa marojni
Gören hara baxır bizim tamojni
Xalqın cavanları ex kak palojni
Yeni esre gedir elde bayanla
De, nece barışım men bu zamanla?

Cengi bata-bata batır zatımız
Yallı yox caz gedir camaatımız
Mehv olmaq üzredir muğamatımız
Eger küsmüşükse tarla, kamanla
De, necə barışım mən bu zamanla?

Güldürüb özünə şarlatanları
Birləşmir dünyanın Müsəlmanları
Mənə fətva versin din ürfanları
İki təriqətlə, iki azanla
De, necə barışım mən bu zamanla?

Azmıdır bu xalqın din işğalçısı
Dələduz mollası, gopçu falçısı
Hacı pivəsinin istehsalçısı
Saziş bağlayırsa dini dükanla
De, necə barışım mən bu zamanla?

Dinlədikcə şeytan çalan havanı
Eyləyirik haqqa qarşı davanı
Çoxu məhşərdəki haqqı, divanı
Səhv salır Embavuddakı divanla
De, necə barışım mən bu zamanla?

Mən Nəsimi övladıyam ay arsız
Sizə qalsa lap dərimi soyarsız
Kəfənimə qələm, vərəq qoyarsız
Haqq Dünyasın gözləyirəm gümanla
De, necə barışım mən bu zamanla?

Xəyala dalıram bir an içində
Günahsız əllərim al-qan içində
Bu şeiri yazmışam zindan içində
Mən şair Ramizəm, az məni danla
Barışan deyiləm mən bu zamanla!
İnsanlar qəlizdir, dünyasa fani
Böyük ehtiramla Ramiz Təkani

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
641 666 641 647 587 583

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.