Kənan Heydərov

Kənan Heydərov Texnologiya 8-03-2021, 10:00

Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub
Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar heç də ürəkaçan deyillər. Belə ki, onun sözlərinə əsasən ilk AR eynəyin hazırlanması zamanı Facebook onda planlaşdırılmış bir sıra funksiyaları ləğv edib. Qeyd etmək lazımdır ki, Facebook-un AR eynəyi barəsində məlumat ilk dəfə 2019-cu ildə verilmişdi. Həmin vaxtda Mark Zuckerberg, Luxottica şirkəti və onun Ray-Ban brendi ilə əməkdaşlığı anons etmişdi. Bu əməkdaşlıq çərçivəsində Stella kod adına sahib AR eynək hazırlanır.

Anons çərçivəsndə tərtibatçılar bildirmişdilər ki, AR eynəyə virtual assistent inteqrasiya ediləcək və xüsusi mobil tətbiq vasitəsilə eynəyin idarəetməsi reallaşdırılacaq, Buna baxmayaraq top menecerin sözlərinə əsasən nəticə etibarilə AR eynək Facebook-un planlaşdırdığı kimi olmayacaq. Bununla belə eynəyin hansı özəlliklərdən məhrum olacağı barəsində məlumat verilməyib. Sadəcə olaraq bildirilib ki, şirkət bu məsələdə öz gözləntilərini bir qədər məhdudlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
549 467 485 535 539 512

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.