ice berg

ice berg Programlar 10-03-2021, 09:02

WhatsApp`da YENİLİK: sadəcə bir dəfə...

WhatsApp`da YENİLİK: sadəcə bir dəfə...
WhatsApp "İCloud Drive" ehtiyatına icazəsiz girişin qarşısını almaq üçün addım atıb.

LoaDinG.aZ xəbər verir ki, istifadəçilər bundan sonra gələcək ehtiyat nüsxələri şifrələmək üçün istifadə olunacaq yeni şifrə təyin edə biləcək.


"WABetaInfo" bu yenilik barədə ötən il məlumat versə də, bu gün iOS və "Android" əməliyyat sistemlərində necə işləyəcəyinə dair ekran görüntülərini paylaşıb.

Tətbiq ehtiyat nüsxələrin çıxarılmasından sonra istifadəçidən telefon nömrəsini təsdiqləməsini və ən azı 8 simvol uzunluğunda bir şifrə seçməsini istəyəcək. WhatsApp unudulmuş şifrələri bir daha bərpa edə bilməyəcəyi barədə xəbərdarlıq da edir.

Hazırda WhatsAppda söhbətlər şifrələnir və yalnız göndərənlə göndərilən tərəfindən görünə bilir. Lakin xidmət bu mühafizənin "Google Drive" və "iCloud"da saxlanılan onlayn ehtiyatlara tətbiq olunmayacağı barədə xəbərdarlıq edir.

Şifrəli nüsxələr nəzəri olaraq hər kəsin sizin izniniz olmadan söhbət tarixçənizə girişinin qarşısını alacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
620 561 488 493 603 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.