ice berg

ice berg Video, Klip 10-03-2021, 13:13

Karat ft. Həsən Aydın - Dilbərim..



KaraT

Şair ona denən ki,bugünlər də gülür üzü
Yadına düşmürsən fərqlənmir yazın güzü
Denən sözün düzün,gülür üzü şərab süzür
Gecələr dərt çəkərək ağladığımı bilməsin heç

Nə günə düşmüsən ey şair
Haçana qədər öləcəysən daim
Görüb-görüb, yaza-yaza və sair
Özləmini,özləmiş fədaim

Şair ona denən ki,başqasıyla yol almışam
Gecələri onla yatmışam,səhərimi onla açmışam
Denən unudub səni görmürsən,şeirdə yazmır
Qoy heç bilməsin başqalarına kor qalmışam

Rənglənən saçlarında dən qalmış
Qulpu sınıq çaynikimdə dəm qalmış
Mənim kimi imiş bugünlərdə bəxti qarə
Gülərkən üzü,gözlərində qəm varmış


Hümbət Məmmədov

Dilbərim,dilbərim
Gəl,gəl ahu balası
Uca dağlar arası

Dilbərim,dilbərim
Gəl,gəl ahu balası
Uca dağlar arası


Həsən Aydın

Şair ona denən ki,bir tək onu əzizlədim
Heçkimə güvən yoxdur,məni tək qoyub əzizlərim
Yazdığı məktubun üstündə durur əl izləri
Onun gözlərindən heç xəbəri varmı dənizlərin?

Səninlə sevgi yoluna bir çıxdıq axırındayıq
Yelkənsiz gəmi tək dalğaların axınındayıq
Hələmdə gec deyil dön,sevdiyinə qayıt
Bir-birmizin yanında olmasaqda ağlındayıq

Şair ona denən ki,niyə görə mən şikayətlənim
Onda heç günah yoxdur,bilirəm qəbahət mənim
Görəsən sonu olacaqmı yaşanan xəyanətlərin
Mənə biri ümid var desin və məndə cəsarətlənim

O yanan xəyalların,mən közü,sən tüstüsüsən
Sevgim azalmayıb hələdə qalıb düzünü desəm
Sən vəfasız sevginin,paramparça güzgüsüsən
Başqalarına doğma ama mənə özgəsisən


Hümbət Məmmədov

Bağa girmərəm sənsiz
Gülü dərmərəm sənsiz
Bağda quzu mələrsə
Bilki o mənəm sənsiz
Bağda quzu mələrsə
Bilki o mənəm sənsiz

Dilbərim,dilbərim
Gəl,gəl ahu balası
Uca dağlar arası

Dilbərim,dilbərim
Gəl,gəl ahu balası
Uca dağlar arası

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1577 1505 1300 1370 1298 1450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.