Th30

Th30 Sevgi 13-03-2021, 14:49

- sənsiz intihar ... [5]

- sənsiz intihar ... [5]
- sənsiz intihar ... [5]

Balaca əllərin itərdi ovuclarımın arasında. Hər səfərində başını aşağı salıb utanardın,mən o utanclığının içindəki məsumluğu sevdim. Bir şey olmamış,gözlərin dolardı. Əsəbləşə bilməzdim sənə,qıya bilməzdim bir sarılışına. Mən o metro çıxışındakı skamyada oturduğumuz günü unutmadım heç. Xırda-xırda qar yağırdı. Arada bir-iki maşın keçirdi. Sakitlik,azca işıq düşürdü üstümüzə. Üzün soyuqdan donmuşdu,əllərimi üzünə qoyub mənə baxmışdın. Mən o baxışları unutmadım. Mən üzündəki soyuqluğu unutmadım. Mən səsindəki titrəmə ilə qarışmış xoşbəxtliyi unutmadım. Mənə "heç vaxt getmə" deyişini.. Bi də o çarəsiz gedişini unutmadım. Bəlkə sənə özəl olan tarixlər dəyişmişdir indi,ancaq mən hələ də özəl saxlamışam səni gördüyüm günü. Dünən o yerə getmişdim,bu səfər tək oturmuşdum,əlimi siqaret tutmuşdu. Sənin yerində kölgən oturmuşdu,yanaqları buz idi. Saçları uzun idi. Yenə mənə baxırdı. Yenə getmə deyirdi. Sən indi dəyişmisən,sən həmin sən deyilsən,o həminki qız idi.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
655 674 678 621 647 607

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.