Th30

Th30 Sevgi 15-03-2021, 09:09

- sənsiz intihar... [6]

- sənsiz intihar... [6]
Sənsiz adam qocalarmış sən demə,
oturub ağ saçlarını sayarmış..
Səhv salarmış qab-qaşığın yerini,
çörəyi də süfrəyə tərs qoyarmış..

Çayın dəmini də tünd eliyərmiş,
itirərmiş ağıl deyilən şeyi..
Ayaqqabıları soyuducuya,
çölə qoyarmış yeməyi..

Sənsiz adam qocalarmış sən demə,
deyinərmiş öz-özünə hirslənib..
Gedib axtararmış özünü evdə,
gedib evin bir küncündə gizlənib..

İtirərmiş yaddaşını,yadını,
unudarmış adını,soyadını..
Tək bir üzü xatırlarmış,hər gecə,
yadına hərdən bir düşən qadının..

Sənsiz adam qocalarmış sən demə,
nə hallara düşərmiş sevən insan..
Sənsiz əllərində çəlik gəzərmiş,
sənsiz yıxılarmış şux gəzən insan..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 575 592 527 550 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.