ice berg

ice berg Müxtəlif 17-03-2021, 17:07

\\\Sus!!!

\\\Sus!!!
Ruhunla cismin arasındakı sərhədi niyə qaldırmırsan? Yada qaldırma o sərhədi dağıt!Qoy qovuşsunlar.Mən əminəm ki,sənin ruhunla cismin bir-birlərini tanımırlar.Çünki sən artıq qul olmağa öyrəşmisən.Hə bu belədir.Deyəsən etriaz edirsən? -Axı mənim komfortlu bir həyatım var. -Axı mən yüksək maaşlı bir yerdə işləyirəm. -Axı mən hər şeyi sevirəm.Uşaqları,heyvanları,həyatı və s. Axı,axı,axı.Bezmədin bu cür başlıqlardan? Hey,sən oxucu artıq sən qul olduğunu təsdiq etdin.Mən sadəcə sənlə söhbətə başlamışdım.Fikir ver artıq mənəvi cəhətdən nə qədər yorğunsan.Heç özündə bilmədiyin bir anda düşmüsən bu kürənin içinə.Ətrafdan bir özünə bax.Hər gün iş,təhsil,ailə və s. Stres içindəsən sən. Gözünün qarşısına bir siçovul gətir.O çarxın içində dayanmadan qaçır ya da dayana bilmədiyi üçün qaçır.Niyə qaçır? Sadəcə enerji almaq üçün.İnsanların ixtirası.Bax,, səndə belə bir kürənin içindəsən,həyatın və sistemin ixtirasına məcburi qulluq edirsən.O siçovulları o çarxın içindən götürməsən ölənə qədər qaçırlar. Heç soyuq bir suyun içinə uzanıb musiqi dinləmisən? Heç oxuduğun bir kitabdakı baş qəhrəmanın suallarını cavablandırmağa çalışmısan? Heç oxuduğun əsərin filminə baxıb,orda duyduğun musiqini ifa etməyə çalışmısan? Yada dayan!! Heç bu saydıqlarımın sənin üçün əhəmiyyəti var? Bu hərəkətlərə görə cəmiyyət səni qəbul etmirsə bu onların günahıdır! Sənin haqqında düşünənlər özləri üçün düşünür! Onlar sənin üçün əhəmiyyətli olmasın! Standart düşüncədən uzaq dur! Saat 17:07. Sən sadəcə hər şeydən uzaqlaşmaq adı ilə burdasan. Əllərinə bax! Dodaqlarına toxun.Şokolad ye,kofe iç.gülümsə.Hə səndə alınır bu.Bunu et!Gül,bərkdən gül. Aynaya baxma o sadəcə sənin əksini göstərir birdə cismini. -Sən dəli olursan. Qoy sənə bunu desinlər.Sən yenədə gül.Ən sevdiyin musiqini dinlə.Qulaqcıqla dinlə.bu musiqi çünki sənin üçündür.Ruhun bunu istəyir.Ruhuna fikir vermirsən amma barmağın qanayanda ona qulluq göstərirsən.Ədalətsiz olma. Bax artıq sən cismin və ruhunla tanışsan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 499 491 533 488 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.