Kənan Heydərov

Kənan Heydərov Məsləhətlər 19-03-2021, 14:00

Yaşlanma ilə ən yaxşı mübarizə aparan 7 məhsul

Yaşlanma ilə ən yaxşı mübarizə aparan 7 məhsul
Bədənin sağlamlığı yediklərimizdən asılıdır. Yanlış bəslənmə, daimi stress dəridə əsk olunur. Rəngi solmuş dəridə getdikcə incə qırışlar yaranmağa başlayır.

LoaDiNG.Az oxucuları yaşlanma əleyhinə 7 ən yaxşı qida ilə tanış edir.

1. Avokado

Avokadonun tərkibinə dərinin nəmlənməsinə kömək edən bir çox faydalı yağ daxildir. Onu salatlara, sendviçlərə və hətta desertlərə əlavə edin.

2. Qara giləmeyvələr

Qarağat daha çox antioksidant ehtiva edir. Dərini sərbəst radikallardan effektiv şəkildə qoruyacaq. Yaxşı nəticə əldə etmək üçün hər gün 1/2 fincan qarağat yeyin.

3. Brokkoli

Brokkoli yaşlanma və iltihab əleyhinə olan ən faydalı bitkidir, tərkibində C və K vitaminləri, lif, müxtəlif antioksidantlar, folat, kalsium və lütein var. Həm çiy, həm də bişmiş formada istifadə edilə bilər.

4. Yaşıl çay

Yaşıl çaya dərini hiperpiqmentasiyadan qoruyan katexinlər və sərbəst radikallarla mübarizə aparan polifenollar daxildir. Hər gün 1 stəkan yaşıl çay için.

5. Somon balığı

Xüsusilə balıqda olan Omeqa-3 yağ turşuları dəri xərçəngi hüceyrələrinin yayılmasının və böyüməsinin qarşısını ala bilər. Həftədə 2-3 dəfə balıq yeməyə çalışın.

6. Batat

Dəri hüceyrələrinin yenilənməsinə kömək edən antioksidant və beta-karotendən ibarətdir.

7. Yulaf

Əgər mürəkkəb karbohidratları yeyirsinizsə, qanda şəkərin səviyyəsi çox yavaş qalxır. Və bu, həm dəri, həm də bədən quruluşunu qorumaq üçün çox faydalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 449 426 405 460 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.