“Bizim Yol” qəzetinin baş redaktoruna ağır itki

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevə ağır itki üz verib.
Baş redaktor 8 mart günü anasını itirib. Özünün sosial şəbəkədəki səhifəsində Bahəddin Həziyev anasının vəfatı xəbərini belə bölüşüb: "Səhərin açılmasını gözləyirdim ki, təbrik edim. Hədiyyəsi də hazır idi.Ancaq onun üçün bu səhər açılmadı. Anam rəhmətə getdi."
Kollektivimiz tanınmış jurnalistə anasının vəfatı ilə bağlı baş sağlığı verir, onun kədərini bölüşür.
Allah rəhmət eləsin!






