ice berg

ice berg İdman 22-03-2021, 21:51

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb.

LoaDinG.aZ UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

Daniel Zibert 2019/2020 mövsümündə "Qarabağ"ın evdə Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşünü idarə edib. 37 yaşlı referi həmin qarşılaşmada Ağdam təmsilçisinin qapısına penalti təyin etməklə yanaşı, 90+3-cü dəqiqədə Riçard Almeydaya qırmızı vərəqə göstərib. Yekunda Azərbaycan çempionu iki oyunun nəticəsinə (2:3) əsasən, turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 566 456 492 551 528

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.