ice berg

ice berg Şeirlər 23-03-2021, 21:12

Ey sən, haralısan?

Ey sən, haralısan?
Mənə haralısan deyəndə,
"Getdiyim yoldanam" deməyim gəlir..
Mənə haralısan deyəndə,
"Hara olduğunu boş ver,
Kimdənəm onu sor", deməyim gəlir..
Ey sən, haralısan?
Soyuq səngərlərin,
Qan qoxusu verən aşırımların,
Allaha çatmaqçun ucalıqların,
Sonuna sonsuzluq birləşdirənin,
Sıfıra kainat yerləşdirənin,
Bağrında qəlbini çilikləyənin,
Üzünə gülüşü naməhrəm bilib,
Dodaqlarını gözlərinə çevirənlərdən..
Ey sən, haralısan?
Bildiyim məkanın sahibinin,
Bilmədiyimin isbatına yetənin,
Görməsəm də, hər nəfəsdə verdiyim
Eşqin uca köklərindənəm..
Sən haralısan?
Yoxsa "hara"sız?
Yoxsa aralıqsız?
Yoxsa qaralısan?
Qara şəhərin qoynunda gizlətdiyi gümüş pul kimi..
Yoxsa "kaş ki"lisən?
O bataqlığın içində yox olan incə ruh kimi..
Yoxsa dünyalısan?
Bənzəri olmayan aciz qurd kimi..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
528 552 546 478 475 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.