ÊLfidÂ

ÊLfid İslam Dini 8-04-2021, 18:00

Qurani-Kərimdə “İsrail övladları”, “İsrail oğulları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik? İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır?

Qurani-Kərimdə “İsrail övladları”, “İsrail oğulları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik? İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır?
“İsrail” Həzrət Yəqub Peyğəmbərin (ə) məşhur ləqəbidir. Yəhudi və xristian rəvayətlərində bu sözün mənası fərqli izah edilsə də, İslam dininə görə, “Allahın bəndəsi” deməkdir. Həzrət Yəqubun (ə) 12 oğlu və onların nəsli “Bəni-İsrail” (yəni İsrail övladları və ya İsrail oğulları) adlandırılır. Həzrət Yəqub Peyğəmbərin (ə) 12 oğlunun adları belə idi: İuda (Yəhuda; “yəhudi” sözü də buradan törə¬yib), Ruvim, Simeon, Leviy, İssaxar, Zavu¬lon, Dan, Neffalim, Qad, Asir, İosif (Yusif Peyğəmbər əleyhissalam) və Beniamin. Yəhudi milləti bu 12 oğuldan törəmiş və qollara ayrılmışdı. Leviy qolu özünü ibadətə həsr etdiyi üçün bu qolun nümayəndələri siyasi hadisələrə və hərbi yürüşlərə qatılmırdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
830 901 828 820 790 841

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.