reklam
Mamed dayının əhvalatları Mamed dayının əhvalatları http://i.hizliresim.com/7MGnm5.jpg
♔Princess♔

♔Princess♔ Yumor 24-01-2016, 16:12

Mamed dayının əhvalatları

Mamed dayının əhvalatları
Mamed dayının əhvalatları



Bir gün MameD görür ki, top atəşi açılır. MameD yaxınlaşır və 1 əsgərdən soruşur:
- Nəyə görə atəş açırsız?
Əsgər: Kraliça Elizabetta gəlir, ona görə.
Atəş yarım saat davam edir. MameD yenə soruşur:
- Yaxşı indi niyə atırsız ???
Əsgər: Dedim axı, kraliça Elizabetta gəlir.
MameD: Əşşi yarım saata bir arvadı vura bilmədiz? :D




MameD gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanla soruşur :
- Bu nədi? Sənə nə olub?
MameD: Başa düşürsən, ana, hər gecə saat 3-də mən sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum, "Tapın görüm mən kiməm?"
Anası: Hə sonra?
MameD: Heeeç. Bu gün biri tapdı... xDDDD




MameD yol polisi işləyən vaxtları bir maşını saxlayıb deyir:
- Sənədləri zəhmət olmasa.
Sürücü: Buyurun.
MameD: Kəməriniz taxılıdı? Sürət limitinə əməl edirsiz? Qaydalara bəs?
Sürücü: Bəli, hər şeyə əməl olunur.
MameD: Təcili yardım çantası var?
Sürücü: Var, baxın istəyirsizsə.
MameD: Yanğınsöndürən?
Sürücü: Var.
Sürücü demək olar ki, hər şeyi göstərir MameDə. MameD də görür ki, bir şey çıxmayacaq. Soruşur:
- Maqnitofon işləyir?
Sürücü: Bəli.
MameD: Oynaq rəqsiniz var?
Sürücü: Bəli.
MameD: Qoşun zəhmət olmasa.
MameD başlayır oynamağa. Sürücü tərs-tərs baxanda MameD qayıdır ki, ayə dur qabiliyyətin olsun. Mən boyda kişi oynuyur, bir şabaş atsana :D




Bir adam səhər gəzən vaxt qəribə bir yas görür. Qabaqda gedən itli bir adam, arxasında bir tabut və 10 metrədən gələn bir başqa tabut və arxasında hardasa sırayla gedən 200 adam. Adama qəribə gəlir və tabutun lap başında gedən sözsüzki ölünün sahibidir deyib yaxınlaşıb soruşur:
- Bağışlayın, bu acı gününüzdə xatırlatmaq istəməzdim, amma ölənlər nəyinizdir sizin?
MameD: Qarşıdakı arvadım, arxadakıda qaynanamdır.
- Vay-vay, başınız sağ olsun, Allah rəhmət eləsin, bəs necə oldu?
MameD: İtim arvadıma hücum edib öldürüb, qaynanamda arvadıma köməyə gəlib, onuda öldürüb.
Adam biraz fikirləşib soruşur:
- Ay qardaş, itinizi borc ala bilərəm?
MameD: Ala bilərsən, amma sıraya keç :D




1 gün təyyarədə xarici 1 milyoner kişinin vəziyyəti ağırlaşır və kişiyə qan lazım olur.
Kişi: Mənə kim qan versə ona 10 min $ verəcəm düşəndə.
Təyyarədə axtarırlar və yalnız bizim MameDin qanı uyğun gəlir. O da tutdurur ki, nağdı 4 min $ ver bəsimdi. Kişidə də ancaq kredit kartı olur. Axrı birtəhər 4 min düzəldib verirlər, o da qanından verir. Düşəndə kişi MameDdən bu hərəkətinin səbəbin soruşur.
MameD: Sənin damarıva azərbaycanlı qanı girəndən sonra səndən pul almaq olar ala?!... xD




Mamed rayondan qatarla Bakida təhsil alan oglunun yanina gedir və özü ile bir qoyun aparır.
Sərnisinlərdən biri soruşur:

- Bu nədi, qoyundu?
Mamed cavab verir:

- Yox bu rüşvətdi, "qoyun" Bakıda oxuyur ))))




- Ata 2 almışam...
+ Nə..?! Birdə 2 alsan evə gəlmə..!
- Ata 3 almışam... :(
+ Nəəə..?! Birdə 3 alsan rədd eliyəcəm səni...!
- Ata 4 almışam.. :((:
+ Niyə 5 deyil..?!
- Ata 5 almışam... :))))
+ Onsuzda özün üçün oxuyurasan bala... ))




MaMeD: Nəsə söhbət olsa səndə nömrəm varda?
Tağı: hə var
MaMeD: silərsən :D




Bir gün nənəsi MameDə nağıl oxuyur yatsın diyə. 1 saat, 2 saat, 3 saat keçir MameD yatmır. Axırda MameD deyir:
- Nənə mazgi eləmədə, imkan ver yataq... xD




Mamed işdən gəlir görür qonşusu blokda dərdli oturub:
Mamed:
- Nolub niyə belə dərtlisən?.
Qonşu:
- 6 qızım var 1 kürəkənimdə yoxdu :(
Mamed:
- Şükür mənim 1 qızım var 6 Kürəkənim :)))




Mamed: - alo, Bakcelldi?
Qız: - bəli..
Mamed: - siz operatorsuz?
Qız: - bəli..
Mamed: - bi dənə toy var neçəyə çəkərsiz?




Qız: Mamed sevgilinə qısa geyindirərsən?
Mamed: yox
Qız: niyə?
Mamed: əli var, ayağı var özü geyinsin də.. :D




Bir gün bir qadın evdə ağlayır, MameD gəlib görüb soruşur:
MameD: - Niyə aglayırsan, nə olub?
Bu gün falçıya getmişdim, 50 manatımı alıb dediki: "Ərin səni başqa qadınlarla aldadır"...
MameD: - Dəlisən? 20 manat verərdin mənə, deyərdimdə özüm :)))




Anası MameDdən soruşur:
- Oğlum, gündəliyivi niyə küncə qoymusan ?
MameD: İçindəki "2"lərə görə onu cəzalandırmışam...xD

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
571 495 586 512 544 598

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.