☆ Hədəfim ~ Miracle ☆

»Adın və Soyadın«
-Sadəcə Miracle
»Doğulduğun gün ,ay və il«
-Mən "Qızıl Payızın Qızıyam"

Xarakter :
»Xasiyyətin«
-Hər nə oldu tez inanan biri deyiləm. Sadə, səmimi zarafatcıl və bir o qədərdə mehribanam
»Qorxuların«
-Qoruxum bir tək Allahdır Allahdan başqa hec nədən hec kimdən qoruxmuram
»Peşmançılığın«
-Yazım nəyə görəsə peşmanam xeyir deyiləm Nə eləmişəm lap yaxşı eləmişəm 😁
»Xoşbəxtliyin«
-Həyata sevginin pəncərəsindən baxmağımda
»Əsəbləşdiyin«
-Sevdiyim film vəya musiqini izləyərkən mənasız reklamlarr
»Dostların«
-Mövzu Loading azdan gedirsə saytdakıların hamısı mənim dostumdur
»İlk sevgin«
-Mən Atama aşiq biri olmuşam ❤
»Məqsədin«
-Məqsədimə doğru yolda yürüyürəm
»Zəif cəhətin«
-Mənə pislik edən birinə yaxşılıq etməyim
»Hobbin«
-Hobbim coxdur hansı birini sayım?
»Təhsilin«
-Hesab-kitab
»Nifrətin«
-Axı mən özümdə nifrət kin saxlaya bilmirəm Yazıq deyil qəlbim ora kini nifrəti yığım axı o mənə lazımdır
»Kaş ki, dediyin«
-Həyatımda kaşlarım yoxdur Bəzən bəzi şeylərin olması gərək
»Cavabsız qalan sualların«
-Həyata gəlməmişdən əvvəl bizi sorğu sual edillər həyata dair bizdə razı oluruq Düşünürəm ki mən hansı düşüncə ilə razı olmuşam?
»Arzuların«
-Arzum tezliklə bu Cavid-19 yox olsun inşAllah
»Səhvlərin«
-Hamı kimi mənimdə səhvlərim var Əsas o səhvdən yaxşı nəticə cıxarmaqdır
»Razılaşmadıqların«
-Mən bu Cavid-19 la hec cürə razılaşa bilmirəm
»Etirafın«
-Səni sevirəm
»Qeyri-adi bacarığın«
-Bir necəsi var
»Səni sən edən xüsusiyyətin«
-Özüm
»Həyatında verdiyin ən çətin qərar«
-İnan bu sualları qəbul etməyim oldu
»Hər zaman səninlə olan 3 şey«
-Kitab, albom ,karandaş ,açar ,pul ,tel su amma 3-dən cox axı
»Hansı mahnı sənin həyatından danışır«
»İnsanları tanıma qabiliyyətin«
-Əvvəllər deyirdim ki insanları tanımaq qabiliyyətim var , mən psixoloq olacam amma zaman kecdikçə görürsən yoxe insan özünü belə tanıya bilmirmiş başqasını necə tanıya bilər
»Məşğul olduğun idman«
-Elə ciddi məşğul olduğum idman növü yoxdur
»Cümləni tamamla: "Mən dünyanın ən ... qızıyam/oğlanıyam"«
-Şanslı
»Heç kimin səndə görə bilmədiyi bir xüsusiyyətin varmı? Varsa niyə bu günə qədər gizli qaldı«
-Vaxtım olmur xüsusiyyətini ortaya cıxarmaya
»Xoşladığın Kişi/Qadın tipi ?«
-Hər ikisində insan kimi insan
»Nifrət Etdiyin Kişi/Qadın tipi«
-Gözümün düşməni kişi tipi öz qadınını ( anası,bacı ,qardaşı dostu fərqi yoxdur kim olur) başqa birinin yanında təhqir etməsi Zəhləm gedən qadın tipi kip lasini , ayağında uqqi , qısa balonka ya gödəkcə geyinib, ( hələ bədən fiqurası da ördək olsun 🤣) ağızında saqqız ucadan danışan Sözüm o qadınlara çox vulqar görünüşünüz var. Qadın dediyin zərif, təravətli ,səliqəli incə olmalıdır
»Sənin xasiyyətini anlatan bir şəkil paylaş.«

»Bakını tərk etmək məcburiyyətində olsan hansı ölkəyə yola düşərsən?«
-Söhbət Bakıdan gedirsə əgər Öz irayonuma gedərəm Qurban olum öz vətənimin torpağına ❤️
»Xəyanəti yaşamaq necə hisdir? Öyrəndiyin an nə hislər keçirir insan«
-Xəyanət yaşamadığım ücün o hissi də yaza bilməyəcəm təəssüff

Görünüş :
»Boy:
-1.68
»Çəki:
-55
»Saçının rəngi və uzunluğu:
-Qara uzun
»Gözünün rəngi:
-Qara qəhvəyi
»Dəri rəngi:
-Buğdayı
»Geyim tərzi:
-Sport
»Xarici görünüşündə səni ən çox nə qane edir«
-Gözlərimi Sevirəm
»Xarici görünüşündə səni ən çox nə qane etmir«
-Elə bir problemim yoxdur şükür

Seçim etmə vaxtıdı. P.S: Hər ikisi, Heç biri deyə cavab vermək olmaz. Yalnız bir cavab seçmək olar!
Mama papa seciminən narahat olma Papanin xəbəri olmayacaq

»Ana yoxsa Ata«
-Papanı yoxe amandı mama görüb oxumasın bu yazdığımı yoxsa ayağındakı şəpitləri başımda raketa ucan kimi ucacaq 😆deyəcək yaxşılığımın icinə nə bilim nə olsun 😆 Onsuzda mama bilir ki mən Atamı cox sevirəm Anamı da cox Sevirəm amma Atamı bir başqa
»Şəhərdə gəzmək yoxsa Evdə oturub Loading.az Girmək«
-Şəhərdə Loading. az-la gəzmək
»Pul yoxsa Ağıl«
-Kimə nə ehtiyacdır onu deyir mənim isə ehtiyacım puladır Pul
»Gözəl yoxsa Ağıllı«
-İnsanın gözəlliyi onun ağılıdır Ağıllı gözəl
»Sevgi ya Əyləncə«
-Sevgi nə əyləncə deyil Nə də əylənmək ücün sevgi
»Qısqanc ya işinə qarışmayan«
-Mən bunların hec birini sevmirəm
»Səhv edənə ikinci bir şans verərsən yoxsa silib atarsan«
-Şans vermirəm bağışlayıram amma təkrar güvənmirəm
»Doğruluq ya cəsarət«
-Cəsarətli doğruluq
»Sevmək ya Sevilmək«
-Hər ikisi
»Dost ya Sevgili«
-Bunların başqa -başqa yerləri var səhf salmayaq
»Zaman səni yönəldir yoxsa sən zamanı«
-Mən zamanı
»Göz rəngi önəmlidir yoxsa baxışlar«
-İndi təbbii göz rəngi var hamısı linzadır Baxışlar
»Xəyal olduğunu bilib xoşbəxt olmaq ya Real olduğunu bilib üzülmək«
-Gerçəklər acı olsada real

»Keçək Loading.az Life suallarına:
»1 admin,1 redaktor, 1 jurnalist seç və onlar haqqında fikrini yaz«
»Admin - ÊLfid - sayt ücün sadiq userdir ,sadə ,səmimi sakit
»Redaktor - Gülüşüm💕 - sayta bir başqa rəng qatır
»Jurnalist - **** - Jurnalist bilmədiyim ücün yalan yazmaq istəmədim
»Loading.az – a ilk olaraq hardan tanıyıb gəlmisən?«
-Yazdığım statuslarımı netdə axtarış edərkən bu sayt cıxırdı rastıma Hər dəfə baxıb kecirdim və bir gün də qeydiyyatdan kecməyi qərarı aldım
»Loading.az – da ilk dostun«
-Saytda elə şəxsi yaxın dostum yoxdur
»Kimin niki daha qəşəngdi?«
-Qəşəng deməyim gördüyümdə məni düşündürən
Onadeyin bu userin nikkini görəndə Tural Davutlunun bir mahnısı var ,,Ona deyin " düşür yadıma
,Ona deyin ona görə yollara baxa-baxa qalmışam Ona deyin acıları cəkdiyim acıları bilsin Hələdə sevirsə ürəyində sevgisi varsa mənə deyin ürəyimə biraz rahatlıq gəlsin " Mahnının mənimlə bir əlaqəsi olmasa da bu sözləri söyləyirəm özlüyümdə
»Özünü tam sübut etmiş Loading.azlı olmaq üçün nə lazımdır?«
-Sadəcə qeydiyyatdan keçmək lazımdır. Bu qədər sadədir
»Səncə nikini görəndə userlər nə düşünür?«
-Ay Loading az userləri Miracle haqqında nə düşünürsünüz buyurun yazın görək bilək bizdə
»Loading.az-da ən yadda qalan günün hansıdı?«
-Saytda elə olmadığım üçün elə bir günümün olmağınıda xatırlamıram
»Sənə xüsusi status verilsəydi, necə adlanmasını istəyərdin?«
-,,Miraclen"
»Yemək bişirə bilirsən ? Loading.azlılar yığışıb qonaq gəlsək bizə nə bişirə bilərsən?)«
-Yemək yeməyi sevməyən biri olaraq yemək bişirməyi də sevmirəm ,amma vermeşil qovurmasını coban salatı ilə cox sevirəm bişirməyinidə . Vermeşil qovurması çoban salatı ilə . Çünki başqa yemək əlimdən gəlmir 😁

Və sonda :
»Hansı sualı görmək istiyərdin? O sualı yaz və cavablandır«
-Valla bu suallara cavab yazana kimi az qaldım intihar edəm 😁
»Bu müsahibə vasitəsi ilə kimə nə demək istəyərdin«
-Amon bəy sayta nə kimi yenilikləriniz var və ya düşünürsünüzmü ?
»PS: İcazənizlə bu müsahibə profilinizdə “Haqqında” bölməsinə vurulacaq«
-İstəsən lap Bakı kücələrinə afişa elə canın sağ olsun 😆







