Novruhussani
⠀ོ...Yorulmuşam İlahi.. Eşq ilə qəlbimin alov aldığı halətdə alovun yalnız qəlbimdə qalmağından.. Qəlbdə hər ləhzə kəlmə deyərkən dildə səssiz olmaqdan.. Yorulmuşam İlahi.. Hər dərdimə şərik olduğun halda başqasına pənah aparmaqdan.. Yorulmuşam Allah.. Sənin məni sevdiyin qədər mənim səni sevə bilməməyimdən.. Yorulmuşam.. Bu qədər yorğunluğu çiyinlərimdə hiss eləməkdən..Vəfasız dünyanın vəfasına aldanıb sənə vəfasızlıq etməkdən yorulmuşam.. İndi eşq bağında tənha qalmışam...






