ADMiN

ADMiN Xəbərlər 14-03-2017, 12:57

Yeni nəsil şəxsiyyət vəsiqələri gələn il istifadəyə veriləcək

Yeni nəsil şəxsiyyət vəsiqələri gələn il istifadəyə veriləcək
Bakı, 14 mart, SalamNews, A.İsgəndərova. Elektron Hökumət Portalına müraciətlərin sayı 40 milyonu ötüb.

SalamNews xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov “Microsoft” şirkətinin səhiyyə müəssisələrinin rəhbərləri üçün keçirdiyi seminarda çıxışı zamanı deyib.

Elnar Əsədov vurğulayıb ki, portalda 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 400-dən çox xidməti aktivdir: "Bu xidmətlərdən 33-ü səhiyyə sahəsinin elektron xidmətləridir".

Elnar Əsədov qeyd edib ki, yaxın zamanlarda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi elektron imzaya sahib olan vətəndaşların sayını artıracaq: "Əlbəttə bu da vətəndaşların elektron səhiyyə xidmətlərindən istifadə edərkən fərdi məlumatları əldə etməsini təmin edəcək. Mövcud tibbi informasiya sistemlərinin milli səhiyyə şəbəkəsinə inteqrasiya olunması, rəqəmsal reseptin verilməsi qarşıya məqsəd qoyulub".

Bundan əlavə Elnar Əsədov vurğulayıb ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması istiqamətində aparılan işlər bu il yekunlaşdırılacaq. Gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutululan yeni nəsil şəxsiyyət vəsiqəsinin çipinə elektron imza sertifikatları tətbiq ediləcəyi nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
640 541 529 539 555 573

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.