Həyat Nəyə Bənzər?

Həyat bir şəraba bənzər,
İnsanları sərxoş edər.
Həyat bir gülə bənzər,
Saralıb, solar gedər.
Həyat teatra bənzər,
İç içə keçmiş səhnələr.

Həyat hekayəyə bənzər,
Bəzən bir nəfəsdə bitər.
Həyat bir romana bənzər,
Bəzən çox uzun sürər.
Həyat bir mahnıya bənzər,
İçində həm sevinc, həm kədər.

Həyat səfərə bənzər,
Qısa və ya uzun sürər.
Həyat dəyirmana bənzər,
Hər şeyi üyüdüb keçər.
Həyat silindrə bənzər,
İnsanları əzər, keçər.

Həyat yanardağa bənzər,
Hərdənbir partlayar, sönər.
Həyat bir zəlzələyə bənzər,
Hər şeyi alt-üst edər.
Həyat bir yağışa bənzər,
Yavaş sürətli, yağar bitər.

Həyat fırtınaya bənzər,
Bəzən hər şeyi sürüyər.
Həyat bir dalğaya bənzər,
Birdən qabarar, bitər.
Həyat bir çaya bənzər,
Axar dənizlərə gedər.

Həyat bəzən filmə bənzər,
Sevincli, kədərli səhnələr.
Həyat azğın selə bənzər,
İnsanı sürüyər gedər.
Həyat bəzən eşqə bənzər,
Sevinc, xoşbəxtlik, acı, kədər.
Həyat bir barıta bənzər,
Bir atımlıqdır bitər.
Bəs sizcə həyat nəyə bənzər?






