ice berg

ice berg Müxtəlif 14-06-2021, 20:20

BiLə BiLMəzSiNiz

BiLə BiLMəzSiNiz
Bəlkə görə bildiz küçələrdəki toz torpağı.
Amma siz görmürsüz bütün divarlara şeirlər yazılıb.
Yağış yağarkən damcılar sizi narahat etdi deyə narahat oldunuz, biraz da islandınız.
Üstünüzə düşən hər yağış damcısı bir notdur.
Məgər eşitmirsiz havadan musiqi axır.
O musiqinin səsini duymadığınız üçün insanlara dəli deməyi bacararsınız.
Bəs bilirsiz nədir şair olmaq?
Bilə bilməzsiniz, qələm tapmadığı üçün barmaqlarının qanıyla divara şeir yazanları.
Bilə bilməzsiniz nədir kor olaraq günəşi hiss etmək.
Danışan insanlara çox bilmiş deməyi bilə bilərsiniz.
Bəs eşidə bilirsiz susan insanların içindəki hayqırtıları.
Həsrəti yaşatmağı çox gözəl bilə bilərsiniz.
Amma Bilə bilməzsiniz həsrət çəkənlərin içindəki səhralıqda boğulmağı.
Bilə bilməzsiniz, Müşviqin, Cavidin, edamında
Beynində yazdığı son şeirini. Həyat eşqi ilə alışıb yanan ürəklərin fısıltısından çıxan notları hiss edə bilməzsiniz,
O notları ki, Bethoven onları kar olanda yazmışdı.
Gözləri kor olmuş Pol Qoqenin son rəsmindən çıxan rənglərin ahəngini bilə bilməzsiniz.
Bütün günü işləyib evə gələrkən yatmağı bilə bilərsiniz.
Gecələri oyaq adamın yuxu həsrətini də bilə bilməzsiniz.Bəlkə görə bildiz küçələrdəki toz torpağı.
Amma siz görmürsüz bütün divarlara şeirlər yazılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 547 496 473 535 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.