Dönmərəm daha
O görüş yerinə çıxma nahaqdan
Şəklimi qoynuna sığma nahaqdan,
Həsrətlə üzümə baxma nahaqdan
Mən sənin yanına dönmərəm daha.
Qıysanda canına dönmərəm daha.
Əğyarın sözünə uyub, inandın
Məndən üz döndərdin, dedin-usandın...
İndi bilirsənmi necə aldandın?
Neçə kəs yalvarsan dönmərəm daha.
Qıysanda canına dönmərəm daha.
Adımı sənv saldın de yadındamı?
Seçdiyin o oğlan de yanındamı?
Söndü qəlbimdəki o eşqin şamı!
Səninçün alışıb-yanmaram daha.
Qıysanda canına dönmərəm daha.
Amansız sən oldun qıydın eşqinə
Başqa eşq aradın dövlət xətrinə
Sevirəm desən də indi fərqi nə?
Qəlbimdə sənə yer vermərəm daha.
Qıysanda canına dönmərəm daha.
Əğyarın əlinə dəyibsə əlin
Mənə bir kəs yalan deyibsə dilin
Görsəmdə gözündə göz yaşı selin,
Mən sənə inana bilmərəm daha.
Qıysan da canına dönmərəm daha.
Qırmısan qəlbimi, bitişən deyil,
Yolumuz bir daha kəsişən deyil,
Ayrılıq taleyi dəyişən deyil,
Ürəyim səninlə barışan deyil,
Gəlsən də yalvara, sevmərəm daha.
Diz atıb yalvarsan dönmərəm daha.
Qıysan da canına, dönmərəm daha.
Şəklimi qoynuna sığma nahaqdan,
Həsrətlə üzümə baxma nahaqdan
Mən sənin yanına dönmərəm daha.
Qıysanda canına dönmərəm daha.
Əğyarın sözünə uyub, inandın
Məndən üz döndərdin, dedin-usandın...
İndi bilirsənmi necə aldandın?
Neçə kəs yalvarsan dönmərəm daha.
Qıysanda canına dönmərəm daha.
Adımı sənv saldın de yadındamı?
Seçdiyin o oğlan de yanındamı?
Söndü qəlbimdəki o eşqin şamı!
Səninçün alışıb-yanmaram daha.
Qıysanda canına dönmərəm daha.
Amansız sən oldun qıydın eşqinə
Başqa eşq aradın dövlət xətrinə
Sevirəm desən də indi fərqi nə?
Qəlbimdə sənə yer vermərəm daha.
Qıysanda canına dönmərəm daha.
Əğyarın əlinə dəyibsə əlin
Mənə bir kəs yalan deyibsə dilin
Görsəmdə gözündə göz yaşı selin,
Mən sənə inana bilmərəm daha.
Qıysan da canına dönmərəm daha.
Qırmısan qəlbimi, bitişən deyil,
Yolumuz bir daha kəsişən deyil,
Ayrılıq taleyi dəyişən deyil,
Ürəyim səninlə barışan deyil,
Gəlsən də yalvara, sevmərəm daha.
Diz atıb yalvarsan dönmərəm daha.
Qıysan da canına, dönmərəm daha.






