Kır_papatyası

Kır_papatyası Xəbərlər 19-06-2021, 19:00

İyunun 20-nə olan hava proqnozu

İyunun 20-nə olan hava proqnozu
LoaDinG.aZ xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti təşkil edəcək.
Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı, 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 27-32° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokalleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti təşkil edəcəkdir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
551 533 535 522 494 593

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.