reklam
Həzrət Həsən (ə) Həzrət Həsən (ə) http://take.az/uploads/posts/2017-03/1489848965_138612151721.jpg
ADMiN

ADMiN İslam Dini 18-03-2017, 18:55

Həzrət Həsən (ə)

Həzrət Həsən (ə)

Adı - Həsən

Ləqəbi - Müctəba (seçilən)

Atası - İmam Əli (ə)

Anası - Həzrət Fatimə (ə)

Doğum ili - Hicrətin 3-cü ili

İmamlıq müddəti - 10 il

Ömrü - 48 il

Şəhadəti - Hicrətin 50-ci ili

Məzarı - Mədinə Şəhəri.

Hicrətin 3-cü ili (miladi təqvimi ilə 625- cil ildə) 

Ramazan ayının 15-də sevimli Peyğəmbərimiz 

Həzrət Məhəmmədin (s.ə.s) ən xoşbəxt günlərindən biri idi. 

Çünki bu gün onun ilk nəvəsi dünyaya göz açır. İmam Əli (ə) ilə 

Həzrət Fatimənin (ə) ilk oğlan övladları doğulur. Nəvəsinə Həsən adını qoyan 

əziz Peyğəmbərimiz (s.ə.s) bu uşağın tərbiyəsində böyük rol oynayıb.

Həzrət Həsən 7 ilini babasının nəsihətlərini dinləyə-dinləyə keçirib. 

Hər kəs sevimli Peyğəmbərlərinin nəvəsinə

olan sevgisindən xəbərdar idi. 

Hətta Peyğəmbərimiz (s.ə.s) məsciddə moizə 

dediyi zaman Həzrət Həsənin

ağladığını eşidəndə dərhal gedib onu 

akitləşdirdikdən sonra söhbətinə davam edərdi. 

Çünki Həzrət Həsən ağlayanda

Məhəmməd Peyğəmbər (s.ə.s) çox narahat olurdu. 

Həzrət Həsən ata-anasının möhkəm iradəsinin 

din uğrundakı fədakarlığını görə-görə böyüyürdü... 

Həccə piyada...

Həzrət Həsən (ə) Allaha olan sevgisi ilə seçilirdi ibadətlərini 

çox ürəkdən diqqətlə yerinə yetirirdi. 

Həcc ziyarətinə piyada getməyə 

üstünlük verən Həzrət Həsənin qapısı hər zaman ehtiyaclıların üzünə açıq idi. 

O özünə ağız açmasını gözləmirdi kiminsə ehtiyaclı olduğunu biləndə 

həmin adama yardım etməyə çalışırdı.

Özü də Həzrət Həsən ehtiyaclılara dolanışıqlarını

təmin edə biləcək bir iş qurumları üçün

pul verməyə imkan yaratmağa daha çox üstünlük verirdi. 

Yəni insan bu vasitə ilə özünə həyat qura bilsin. 

Hətta bəzi məlumatlara görə Həzrət Həsən

bütün mal-dövlətini ehtiyaclılara bağışladığı vaxtlar da olub. 

O naz- nemət içində yaşamaqdansa var 

dövlətini kasıblarla bölməyi üstün tuturdu. 

Həzrət Həsən eyni zamanda dözümlülüyü mərdliliyi

uzaqgörənliyi ilə də seçilirdi...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 432 445 436 480 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.