n2006

n2006 özünü 🙃 xoş hiss edir. Aforizm 29-07-2021, 09:30

Musiqi Haqqında Aforizmlər

Musiqi Haqqında Aforizmlər
Musiqi ən gözəl mözüzələrlə dolu ilahi nemətdir. - Martin Lüter



Musiqi, bütün insanların bəşəri dilidir. - Longfellow



Musiqi ruhun qidasıdır.



Musiqi can verir ruha əzəldən, Musiqi qəlb alır min bir gözəldən. - Səməd Vurğun



Həyat nəğmədir, onun nəqarəti isə ölümdür. - Viktor Hüqo.



Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. - Jadi Picoult



Musiqinin əsl gücü ondadır ki, o insanı bəstəkarın xəyal dünyasına aparır. - Lüdviq van Bethoven



Musiqisiz bir dünya, buludsuz bir səmaya bənzər.




Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır. - Viktor Hüqo



Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır. - Rabindranat Taqor



Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. - Turqut Uyar



Yadıma düşmə deyə dinləyə bilmədiyim mahnılarım var mənim. - İlhan Bərk



Heç bir dildə deyilməmiş, heç bir dildə yazılmamış, sözlər və mahnılar içindəyəm. - Edip Cansevər



Musiqi olsaydın, səni durmadan dinləyərdim...Ruhumu aydınladardın.. - Anna Axmatova



Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel



Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. - Cübran.



Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. - Həsən Əliyev

Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir.. - Rabindranat Taqor



Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. - Tur Xander



Qəlbdəki fəzilət toxumları musiqi ilə yetişir. - Martin Lüter



Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. - Lunaçarski



Səmimi olmayan musiqi yaşamaq qabiliyyətindəm məhrumdur.

- Sergey Prokofyev



Musiqinin olduğu yerdə, pislik olmaz. - Miguel de Cervantes



Musiqi, kasıbın cənnətidir. - Ralf Uold Emerson



Söz gücsüz olduğu yerdə musiqi başlayır. - Vaqner



Sözlərin bitdiyi yerdə musiqi danışar. - Hans Christian Andersen



Musiqi, söyləməsi mümkün olmayan və görünməz olanları bizə söylər və göstərər.

2. Musiqi bizə, söyləməsi mümkün olmayanı söylər, görünməz olanı göstərər.

Viktor Hüqo



Musiqi fikrə qanad verir. - Fridrix Nitsşe



Musiqi kainata ruh verir, ağla qanad taxır. Xəyalları uçurdur və hər şeyə həyat verir. - Platon



Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı. - Şəms Təbrizi



Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır. - Rabindranat Taqor.

Allah bizə musiqini ona görə bəxş edib ki, biz onun köməyi ilə göylərə qalxaq. - ,Fridrix Nitsşe



Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir. - Qara Qarayev



Musiqini duya bilməyənlər, rəqs edənləri dəli sanar... - Nitsşe



Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. - Konfutsi





Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün. - Anton Çexov



Bir cəmiyyətin musiqisi pozulubsa, o cəmiyyətdə bir çox şey pozulmuşdur.



Dəblər dəyişir, əsl musiqi isə əbədi yaşayır. - Fyodor Dostoyevski

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
2812 2811 2766 2689 2812 2682

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.