n2006

n2006 özünü 😔 qəmli hiss edir. Video, Klip 30-07-2021, 21:30

Həmidə Hüseynova - Sənsiz Neynim (Yeni 2021)



Sənsiz Neynim - Sözləri (Lyric)

Verdim sənə mən ayımı, illərimi
Sənsə mənim heç tutmadın əllərimi
Kimdən danışım, bölüşüm dərdlərimi
Kim qaytaracaq o gözəl günlərimi?

Səssizdir otaq deyəsən dəli oluram
Sənsiz hər şey üstümə gəlir elə bil
Kəsilir nəfəsim, qəlbim tez-tez döyünür
Gəlməyəcəksən ürəyim bilir elə bil

Sənsiz neynim, axı mən sənsiz neynim
Ürəyim yorulub vurulan yaralardan
Mən biçarə, ax mən bəxti qarə
Deyəsən bir gün gedəcəm buralardan

Gəl son dəfə mən sarılım qollarına
Göz yaşı səpilər gedənin yollarına
Olsun bu görüş mənə son yaxşılığın
Bizdən xəbəri olmasın ayrılığın

Get-gedə uzanır bu qaranlıq gecələr
Ürəyim döyünür, gecikir saniyələr
Sənsiz həyata yumuram gözlərimi
Ruhum deyəcək sənə son sözlərimi

Sənsiz neynim, axı mən sənsiz neynim
Ürəyim yorulub vurulan yaralardan
Mən biçarə, ax mən bəxti qarə
Deyəsən bir gün gedəcəm buralardan

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
764 828 739 741 737 697

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.