reklam
İmmuniteti gücləndirən bitki mənşəli çaylar və təbii üsullar İmmuniteti gücləndirən bitki mənşəli çaylar və təbii üsullar https://take.az/uploads/posts/2021-08/thumbs/1630322046_loading.az_immuniteti-guclendiren-bitki-menseli-caylar-ve-tebii-usullar.jpg
n2006

n2006 Sağlamlıq 31-08-2021, 20:00

İmmuniteti gücləndirən bitki mənşəli çaylar və təbii üsullar

İmmuniteti gücləndirən bitki mənşəli çaylar və təbii üsullar
Koronavirus bütün dünyaya yayıldıqdan sonra epidemiyaların ciddiliyi bir daha özünü göstərdi. Mütəxəssislərin verdiyi açıqlamalara görə, immun sistemi güclü olanlar virusu daha yüngül keçirirlər. Buna görə, immuniteti gücləndirmək üçün bəzi bitki çaylarından və digər təbii üsullardan istifadə etmək lazımdır. Həmin bitki çaylarından bir neçəsini sizə təqdim edirik.

1. İtburnu çayı

C vitamini baxımından çox zəngin bir quruluşa sahib olan quşburnu çayı özünüzü rahat hiss etməyinizə kömək edəcək. Havaların soyuq keçdiyi və pandemiyanın olduğu belə günlərdə hər gün bir fincan itburnu çayı içmək immunitetinizi gücləndirir.



2. Yaşıl çay

İmmunitet sistemini gücləndirmək istəyən insanların mütləq istifadə etməsi lazım olan çaylardan biri də yaşıl çaydır. Yaşıl çay həzm sistemini, maddələr mübadiləsini tənzimləyir, immun sistemini gücləndirir. Gündə 2 fincan yaşıl çay içmək tövsiyə olunur.



3. Cökə və bal qarışığı

Mövsümi xəstəliklərə qarşı yaxşı vasitə olan cökə və bal qarışığı viruslardan da qoruyur. Bitki çayları arasında yaxşı tanınan cökənin balla qarışdırılması sayəsində bir çox xəstəliyə immunitet formalaşdırmaq olar.



4. Çobanyastığı çayı

Çobanyastığı bitkisində olanlar sayəsində ağ qan hüceyrələrinin sayı artır və buna görə də bədənin virus, bakteriya və göbələk kimi yoluxucu xəstəliklərə qarşı müqaviməti güclənir. Yeməkdən sonra çobanyastığı çayı içmək immuniteti gücləndirər.



5. Ərik çayı

Həzm sisteminə birbaşa təsir edən ərik çayı bir çox problemi azaltmaq üçün idealdır. İmmunitet sistemi və həzm sistemi birlikdə işləyir və biri zəiflədikdə, digərinə də təsir göstərə bilər. Gündə bir-iki fincan ərik çayı içməklə bağırsaq problemlərini aradan qaldırmaq və immunitetinizi gücləndirmək mümkündür.



6. Chai ədviyyatlı çayları

Bir çox ədviyyatın birləşməsindən əmələ gələn Chai ədviyyatı immun sistemini gücləndirir. Tərkibindəki qara bibər və zəncəfil ilə bədən istiliyini qoruyur. Gündə 1-2 fincan içməklə sağlamlığınıza fayda verə bilərsiniz.



7. Zəncəfil çayı

Soyuqdəymə və qızdırmaya qarşı bədənin müqavimətini artıran zəncəfil çayı təbii bir şəfa mənbəyidir. Qan şəkərini tənzimləyən, ödemi aradan qaldıran və immunitet sistemini gücləndirən bu çayı darçın çubuqları və mixək yarpaqları ilə hazırlaya bilərsiniz.



8. Adaçayı

Təbii antibiotik xüsusiyyətlərinə sahib adaçayı həm boğaz ağrısına, həm də yüksək hərarətə yaxşı təsir edir. Eyni zamanda badamcıq və boğaz infeksiyaları üçün ideal vasitədir. Gündə 1-2 fincan içmək lazımdır.



9. Qurudulmuş albalı sapı

Bənzərsiz kimyəvi bir quruluşa sahib olan qurudulmuş albalı sapı bədənin duz tarazlığını təmin edir və qanın duruluğunu artırır. Bu şəkildə, bədənin epidemiya xəstəliklərinə qarşı müqaviməti artır. Həmçinin, immuniteti gücləndirir.



İmmuniteti gücləndirmək üçün 7 təbii üsul

1. Probiotik məhsullar istifadə edin

Ən yaxşı və təbii probiotiklərdən biri olan qatıq orqanizmimiz üçün faydalıdır. Gün ərzində qatıq və probiotik baxımından zəngin olan digər qidalar immun sisteminizi gücləndirəcək və xəstəliklərə qarşı müqavimət qazanmanıza kömək edəcək.



2. Sink əlavəsi alın


Ağ ət və dəniz məhsullarında bol olan sink, immuniteti tənzimləyir və bədəndə yaranan xəstəliklərin, xüsusən də yaraların müalicəsini təmin edir. Sink immuniteti gücləndirən ən böyük vasitələrdən biridir.


3. Zülalla zəngin məhsullardan istifadə edin

Bədənimizin ən vacib ehtiyaclarından biri olan zülallar gün ərzində enerji ehtiyaclarımızı qarşılayır. Bizə güc verən və hərəkətimizdə əhəmiyyətli rol oynayan zülallar immuniteti gücləndirir. Ağ ət və yağsız ətlərdən əldə etdiyiniz zülalları protein tozundan da əldə edə bilərsiniz.



4. Bol su için

Gün ərzində ən az 2-2,5 litr su içmək həm bədəndə yığılmış bakteriyaları təmizləyir, həm də bədənimizin sağlam işləməsini təmin edir. Su həm də immuniteti gücləndirir.



5. Vitaminli qidalara üstünlük verin

İmmunitet sistemi üçün vacib olan A, E və C vitaminli məhsulları mütləq istifadə etməlisiniz. Meyvə və tərəvəzdən əldə edə biləcəyiniz vitaminlər insan orqanizmini xəstəliklərə qarşı davamlı edir. Bəzi qidalarda da sözügedən vitaminlər mövcuddur.



6. Omeqa-3 istifadə edin

Balıq yağı olaraq tanınan Omeqa-3 insan sağlamlığı üçün çox vacib bir təbii qida mənbəyidir. Dəniz məhsullarının tərkibində var. İmmuniteti gücləndirməyə kömək edir.



7. Sarımsaq yeyin

Sarımsaq təbii bir antibiotik kimi qəbul edilir və xüsusilə tənəffüs yolu infeksiyalarına qarşı güclü immunitet yaradır. Xəstəlikdən əvvəl və ya xəstəlik zamanı bir diş sarımsaq yemək həm xəstəliyin təsirini azaldır, həm də bədənin müqavimət gücünü artırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 400 341 353 361 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.