poppy

poppy özünü 😳 həyəcanlı hiss edir. Loading.Az-ın Həyatı 5-09-2021, 22:22

Poppy - nin Loading.az - lılarla səmimi söhbətləri

Poppy - nin Loading.az - lılarla səmimi söhbətləri
Salam əziz Loading.az - lılar. Köhnələr az-çox bilir əslində, əvvəllər belə bir layihəm varıydı. Sonra bir müddət saytdan ayrıldım və bu layihədə eləcə qaldı. Bu gün yenə, yenidən başlamaq isdəyirəm. Xoş gəlmişiy hamımız.)) İnşAllah ümid edirəmki davamlı olar bundan sonra. Hər həftə fərqli bir userlə və yeni bir müsabiqəylə qarşınızda olacam.


Bu həftəki qonağım Ayaska oldu. Onada burdan bir daha iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.




1. Salam . İlk öncə xoş gəlmisən. Necəsən?

Aleykum salam. Xoş gördüm. Şükür yaxşıyam siz necəsiz?


2. Çox sağol məndə yaxşıyam. Səni, saytdan gedəndən sonra yenidən qaytaran nə oldu?


Mənim saytdan geyməyimə səbəb olan yenidən qayıtmağıma səbəb oldu.


3. Səncə saytd əvvəlki aura yenə var, yoxsa sayt səssizləşib əvvəlkinə nisbətən?


Əvvəlkinə nisbətən daha səssizləşib.


4. Sənin pəncərəndən baxanda dünyanın ən gözəl üç qadını kimdi?


Anam, anam yenədə anam. Anam həyatımın ən gözəl pəncərəsi. Tək varlığım anam. relieved innocent


5.Bağlanmaq yoxsa sevmək. Hansı daha dözülməzdi?


Bağlanmaq daha dözülməzdi. Onsuz qala bilməzsən, hər şeyin o olar. Sevgidəndə üsdündü bağlanmaq. Bağlandığın insanı unuda bilməzsən.


6. Beş il əvvəlki və beş il sonrakı sənə nə demək isdiyərsən?


Beş il əvvəlki mənə demək istədiyim o vaxt etdiyim səhvləri beş il sonrama daşımayacağıma əminəm.


7. Xoşbəxtlik səncə öz içimizdədi yoxsa görmədiyimiz yerlərdə?


Öz içimdə və onu üzə çıxartmaqda öz əlimizdədi.


8. Səndən mənəvi ağrının izahını 1- 2 cümləylə isdəsəm necə izah eliyərsən?


Sevdiklərin tərəfindən sevilməmək.


9. "Heç vaxt" deyib, sonradan özünü həmin nöqtədə tapdığın bir an olub?


Olub. Dəfələrlə olub. Heç vaxt etmərəm dediyim halda etdiyim səhvlər olub.


10. Bu dünyadakı ən bəxbəxt insanlar kimlərdi səncə?


Ən bədbəxt insanlar sevdiyi insanın nifrətini qazanmış insanlar.


11. Deyirlər "Musiqi ruhun qidasıdı." Sən nə düşünürsən?


Xoşbəxt olanda musiqini, dərdli olanda sözlərini dinlədiyim mahnının yalnızca xoşbəxt olanda dinlədiyim musiqi ruhumun qidası olur.


12. Bizimçün sevdiyin bir kitabdan qısa bir alındı yazarsan?


Bu yaxınlarda oxuduğum kitab olmuyub.


13. Suallardan əlavə, bizimlə biraz içindən keçənləri bölüş xaiş edirəm.


İçimdən keçənlər belə gözəl bir saytdayam. Burda tanıdığım, dəyər verdiyim və çox isdədiyim insanlar var və bu gözəl müsabiqədə mənədə yer verdiyin üçün sənə minnətdarlığımı bildirirəm.


14. Sualları bəyəndin?


Bəli bəyəndim.


15. Ən xoşuna gələn və çox mənasız gördüyün suallar hansı idi?


Ən xoşuma gələn 4 - cü sual oldu. Mənasız gördüyüm sual olmadı. Hamsı mənalıydı.


16. Son olaraq müsabiqəyə yenidən başlamağımla və ümumiyyətlə müsabiqəylə bağlı fikirlərini bölüş bizimlə. Davam eliyim səncə?


Gözəl müsabiqədi və maraqlıdı. Çox bəyəndim məncədə davam etməlisən.



Ps. 4cü sualima cavabin çox gözəl və çox dərin idi. Allah analarımıza can sağlığı versin. Həyatdan köçənlərində ruhu daim şad, məkanları cənnət olsun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 588 505 619 559 595

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.