n2006

n2006 Şeirlər 9-09-2021, 12:00

BİRİ KİM ?

BİRİ KİM ?
Bir məqamda üç çağlayan görmüşəm
Biri mizrab biri pərdə biri sim.
Bir aləmdə üç çağlayan görmüşəm
Biri mənəm biri sənsən biri kim?
Qartal olsam qanadımı salardım
Palıd olsam böyrü üstə qalardım
Bir dağ olsam yanıb külə dönərdim
Günəş olsam bir nəfəsə sönərdim
İnsan idim yavaş-yavaş əridim
Gözdən uzaq qəlbə yaxın olan yar
Bu dünyada üç sinəsi dağlı var-
Biri mənəm biri sənsən biri kim?
Günəş olsam birdən-birə sönərdim
İnsan idim yavaş-yavaş əridim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
552 503 501 478 542 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.