Şeir qız

Şeir qız
Şeir qız

Yenə qafiyəyə bürünüb gəlib,
Yenə hecalara bölünüb gəlib,
Əyninə "rübai"geyinib gəlib
"Təpədən dırnağa şeirdi bu qız".

Dodaqları "məsnəvi"di,şirindi
Bu şeiri misra-misra dər indi,
Baxışları təcnis kimi dərindi
"Təpədən dırnağa şeirdi bu qız".

Bu rəsm önündə hər kəs susandı,
Füzuli cəfadan cannan usandı.
Onu əzbərləmək elə asandı
"Təpədən dırnağa şeirdi bu qız".

Qəzəlində gəzim,qoşmanda azım
Sənə köklənibdir bu könül sazım
Bu şeir gözələ,nə şeir yazım
"Təpədən dırnağa şeirdi bu qız".

Şəhriyar Allahyaroğlu
26.01.2021

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
543 588 494 511 486 478

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.