amon

amon Mətbəx 24-09-2021, 15:49

Sobada Qril Dadında Toyuq

Sobada Qril Dadında Toyuq
Qril dadında toyuq hazırlamaq üçün qril aparatına və ya manqala ehtiyac yoxdur. Ev şəraitində sobada həm daha asan, həm də daha təmiz şəkildə toyuq qızarda bilərsiniz.
Tərkibi:
1 ədəd bütöv toyuq
1 çay qaşığı istiot
1 çay qaşığı bibər tozu
1 xörək qaşığı acı sous
1 xörək qaşığı xardal
1 xörək qaşığı sirkə
1 xörək qaşığı sarımsaq tozu
yarım stəkan soya sousu
2 xörək qaşığı qatıq
duz

Hazırlanma qaydası: İlk öncə toyuğu bir tərəfindən kəsib 15 dəqiqə suda bişirin. Bişən toyuğun suyunu süzün və üzərinə istiot, bibər tozu, acı sous, xardal, sirkə, sarımsaq tozu, soya sousu, qatıq, duz töküb yaxşıca toyuğa bulayın. 15 dəqiqə kənarda saxlayın sous toyuğa hopsun. Soba sinisinə alma dilimli kartof və göbələkləri düzün. Orta hissəsinə içi su dolu kasanı yerləşdirin. Sobanın ızgara telinin üzərinə toyuğu yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada təxminən 50 dəqiqə bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 526 484 509 484 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.