ADMiN

ADMiN Xəbərlər 25-03-2017, 19:09

Siqaretlərlə bağlı mühüm qərar

Siqaretlərlə bağlı mühüm qərar



İngiltərədə keçən ilin may ayında qəbul edilmiş yeni siqaret tələbləri 20 mayda qüvvəyə minir.

Loading.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, tələblərə görə, artıq bütün siqaret qutularının dizaynı, forması və ölçüsü eyni olacaq. Siqaret paketində hər hansı bir loqo qətiyyən yer almayacaq. Mentollu və başqa ətirli siqaretlər də qadağan olunacaq.

Markası nə olursa olsun, bütün siqaret paketlərinin ön və arxa tərəflərinin 65 faizində siqaretin insan sağlamlığına vurduğu zərər barədə xəbərdarlıq yer alacaq.

Buna görə də siqaret istehsalçıları əllərindəki köhnə paketləri satmağa çalışırlar.

21 maydan etibarən ən ucuz siqaret paketinin qiyməti 8 funt-sterlinq 82 peny (təxminən 19manat) olacaq və qapalı rəflərdə satılacaq.

Ətirli adı altında satılan meyvəli, ədviyyatlı, bitki əsaslı, spirtli, şəkərli və ya vanilli bütün siqaretlərin satışı da qadağan olunacaq. Bundan başqa, siqaret qutularının üzərində yer alan "liqht," "təbii", "orqanik" kimi ifadələr də, siqaret istehlakçılarına mənfi təsir etdiyi və siqaretin sağlamlığa zərərli olmadığı düşüncəsinə yol açması səbəbindən qadağan olunacaq.

Daha az zərərli olduğu düşünülən mentollu siqaretlərin satışı da 20 may 2020-dən sonra qadağan olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
658 616 544 565 516 533

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.