ÊLfidÂ

ÊLfid Mətbəx 1-10-2021, 20:00

GöbəIək dolması

GöbəIək dolması
Resept:

2kq şampinyon göbələyi
300-400qr qiymə
2 bibər
2 pomidor
2 orta boy soğan
Duz istiot

Üzəri üçün:

300-400 q Holland pendiri

Hazırlanması:

Qiyməni, kiçik doğranmış soğanı,duz ve istiotu qataraq qovururuq. Soğan qovrulduqdan sonra bibər və pomidoru əlava edib yeniden qovururuq. Hazır olan qiymənin duzunu ,istiotunu yoxlayıb ocaqdan götürürük və soyumaya qoyuruq. Göbələkləri yumazdan əvvəl papaq və saplaq qismini bir-birindən ayırırıq və təmizləyib yuyuruq. Təmizlənmiş göbələkləri təmiz yuduqdan sonra soba qabına düzürük və bişməyə qoyuruq.
Göbələklər suyunu verib 10-15 dəq bişdikdən sonra çıxardıb içine hazırladığımız qiyməni doldurub yenidən sobaya qoyuruq. 10 dəqiqə sonra sobadan çıxardıb üzerine rəndələnmiş holland pendirini əlavə edib pendir əriyib azacıq qızarınadək sobaya qoyuruq. Yeməyimiz hazırdır. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 425 368 380 408 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.