amon

amon İdman 23-10-2021, 17:16

Qarabağ-ın 2 futbolçusu ən yaxşılar arasında

Qarabağ-ın 2 futbolçusu ən yaxşılar arasında
Qarabağ-ın iki futbolçusu UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb.

Loading.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk 3-lükdə qərarlaşıb. Medina Bakıda Qazaxıstan Kairat-ına 2:1 hesabı ilə qalib gəldikləri matçda 79 dəqiq ötürmə müəllifi olub. O, bu göstəricidə yalnız İsrailin Maccabi (Tel-Aviv) klubunun futbolçusu Luis Ernandesdən (99) geri qalır.

Medina həmçinin, oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. O, bu göstərici üzrə ikincidir.

“Köhlən atlar”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə Kairat-la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb ki, bu da onun ən yaxşı 6 futbolçu arasında yer almasına səbəb olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 419 402 381 409 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.