reklam
5 ən yaxshı ev skrabı: baş dərisi üçün. Ev şəraitində skrab hazırlayırıq. 5 ən yaxshı ev skrabı: baş dərisi üçün. Ev şəraitində skrab hazırlayırıq. https://take.az/uploads/posts/2021-10/medium/1635706809_adb78a56-a8f6-4db0-8c9c-f93fee577719.jpeg
laluna

laluna Gözəllik 31-10-2021, 23:02

5 ən yaxshı ev skrabı: baş dərisi üçün. Ev şəraitində skrab hazırlayırıq.

5 ən yaxshı ev skrabı: baş dərisi üçün. Ev şəraitində skrab hazırlayırıq.


Baş dərisini skrabla massaj etmək qan dövranını yaxşılaşdırır,baş dərisini ölü hüceyrələrdən ,kirdən və məsamələrə dolmuş yağdan azad edir. Vasitə almaq üçün pul xərcləmək vacib deyil,skrabı ev şəraitində hazırlayın,ən yaxşı resseptləri söyləmək də bizdən.

Baş dərisində üz dərisindən dəfələrlə çox tük follikulu və yağ vəziləri var. Məhz buna görə baş dərisində ölmüş dəri hüceyrələri və dəri yağı sürətlə toplanır. Skrab,teksturası sayəsində bütün artıqları yox edir və baş dərisini dərindən təmizləyir. Skrab istifadəsinin daha bir önəmli məqamı odur ki,qabıqlanmış dəridə istənilən baxım məhsulları,o cümlədən balzam və maskalar daha keyfiyyətli işləyir,belə ki inqridiyentlər daha dərinə keçir.



Baş dərisi üçün ev skrabını necə hazırlamaq olar.

1-ci resept: limonlu təmizləyici skrab
Belə skrab resepti quru solğun saçlar üçün əla variantdır.
Hazırlamaq üçün
1 ədəd yumurta sarısı,1-2 qaşıq təzəsıxılmış limon şirəsi,1 damcı zeytun yağı lazımdır.
Hazırlanması: Bütün komponentləri qabda bircins qarışıq əmələ gələnə kimi qarışdırın. Massaj hərəkətləri ilə skrabı baş dərisi boyunca yayın. 10 dəqiqədən sonra şampunla yuyun.

2-ci resept: baş dərisi üçün duz skrabı Xörək duzundan ev skrabı baş dərisi üçün skrablar arasında ən populyarıdır . Skrabı hazırlamaq üçün 2 x/q zeytun yağı və eyni midarda duz götürün.
Hazırlanması: Qabda inqridiyentləri yaxşı-yaxşı qarışdırın. Sonra skrabı nəm saçlara çəkib,massaj hərəkətləri ilə baş dərisinə 2-3 dəqiqə yeridin. Sərin su və şampunla yuyun.

3-cü resept: oblepixalı skrab Oblepixa tərkibli vitaminli skrab bütün saç tiplərinə uyğundur. Qan sirkulyasiyasını gücləndirəcək,tüklərin uzanmağına səbəb olacaq. Sizə 2 x/q şəkər tozu,3 x/q adi şampun,3 x/q təzəsıxılmış portağal şirəsi və qabığı,1 x/q bitki yağı,2 x/q oblepixa yağı lazım olacaq.
Hazırlanması: Blenderin köməyi ilə portağalın qabığını xırdalayın. Bütün ərzaqları bircins qarışım edib baş dərisinə yeridin. Şəkərin əriməyini gözləyin,sonra,3 dəqiqə ərzində ev məhsulunu massaj hərəkətləri ilə dəriyə yedizdirin. Sərin su və şampun ilə yuyun.

4-cü resept: aspirinli baş dərisi skrabı,yağlı dəri üçün Aspirin yağlı baş dərisini salisil turşusu hesabına yumşaq şəkildə qurudur. Skrab istifadəsindən sonra yağlanma azalır. Skrab üçün 8-9 ədəd aspirin tableti və 4x/q su lazım olacaq.
Hazırlanması: Aspirini qabda toz halı alana kimi xırdalayın. Sonra suyu əlavə edib qarışdıraraq həll edin. Diş fırçası götürüb qarışımı baş dərisinə çəkin. Sonda şampun və su ilə yuyun.

5-ci resept: kəpəyə qarşı lavandalı skrab Skrab həm kəpəyə qarşı,həm də,artıq yağlanmaya qarşı mübarizə aparır . Lavandalı baş dərisi skrabını necə hazırlamalı? Çox asan. Sizə 2 x/q xörək duzu,2 x/q limon şirəsi,2 x/q lavanda yağı,2 x/q gicitkən dəmləməsi və təxminən 300-400 ml su lazım olacaq.
Hazırlanması: Əvvəlcə gicitkən dəmləməsi edin. Aptekdən gicitkən alın,üstünə qaynar su tökün,20-30 dəqiqəyə dəmləmə hazırdır. Duzu limon şirəsi və lavanda yağı ilə qarışdırın. Nəm baş dərisinə çəkin. Baş dərisinə qarışımı yeritdikdən sonra 4-10 dəqiqə saxlayın. Ev skrabını su və şampun ilə yuyandan sonra baş dərisini gicitkən dəmləməsi ilə suya çəkin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 404 379 446 404 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.