XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Azərbaycan 8-11-2021, 00:05

Zəfər Bayrağı

Zəfər Bayrağı
. Zəfər bayrağı — 8 noyabr 2020-ci il Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycan Ordusu əsgərləri tərəfindən Şuşa şəhəri icra hakimiyyəti binası üzərinı qaldırılan bayraq. Bu bayraq Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfər Bayrağı elan olunub.

Zəfər bayrağı
Şuşa şəhəri azad edildikdən sonra sancılan bayraq
İstifadəsi.
Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri hərbiçiləri tərəfindən sancılan bayraq Azərbaycannın İkinci Qarabağ müharibəsində qələbəsinin əsas simvoludur. Zəfər bayrağı 2020-ci il 10 dekabrda keçirilən Qələbə Paradında nümayiş olunmuşdur. Bayraq meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən gətirilmişdir.

Zəfər bayrağı Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Hazırda Müdafiə Nazirliyində saxlanılsa da gələcəkdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 03 dekabr 2020 -ci il tarixli Sərəncamıilə yaradılacaq Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyində nümayiş olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
732 794 699 662 768 676

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.