ADMiN

ADMiN Xəbərlər 28-03-2017, 00:11

London taksiləri dəyişdi - FOTOLAR

London taksiləri dəyişdi - FOTOLAR
London taksiləri dəyişdi - FOTOLAR 

Bakıda fəaliyyət göstərən bənövşəyi “London taksiləri” tədricən yerini ağ rəngli, görüntüsündə müəyyən dəyişikliklər edilmiş eyni model taksilərə verir.

Loading.Az xəbər verir ki, “Bakı Taksi” MMC-nin rəhbəri Ramal Ağayevin trend-ə verdiyi məlumata görə, şirkətin balansında olan taksilər tədricən ağ rəngdə boyanaraq istifadəyə verilir:

“Taksilərin ag rəngə boyanması “Bakı Ağ Şəhər” layihəsinə uyğun olaraq həyata keçirilir. Yeni rənglənmiş taksilər iki istiqamət üzrə fəaliyyət göstərəcək. Üzərində ağ şahmat damaları olan taksilər yalnız hotellərin qarşısında dayanaraq qonaqlara, sarı şahmat damaları olan taksilər isə şəhər sakinlərinə xidmət göstərəcək”.

R.Ağayev taksilərdə vahid tariflərin tətbiqi məsələsinə də toxunub: “Əlbəttə, vahid tarifin tətbiqi sağlam rəqabətə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün bir çox taksilər xidmət keyfiyyətinin səviyyəsi aşağı olsa da, müxtəlif qiymətlər tətbiq etməklə müştəri cəlb etməyə çalışırlar, lakin vahid tarifin tətbiqindən sonra yalnız xidmət keyfiyyətinin yüksək olması ilə müştəri cəlb etmək mümkün olacaq. Bu baxımdan biz də əsasən xidmət keyfiyyətinin yüksəldilməsinə diqqət ayırırıq”.

 

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 647 567 619 561 656

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.