XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Mətbəx 28-11-2021, 14:00

Tavada 15 dəqiqə pizza

Tavada 15 dəqiqə pizza
Evdə sobanız yoxdur? Ancaq pizza bişirmək istəyirsiniz? LoaDinG.Az sizə soba olmadan da hazırlanan, cəmi 15 dəqiqə vaxtınızı alacaq tavada pizza reseptini təqdim edir.

Tərkibi!

Pizzanın xəmiri üçün:

2,5 stəkan un
1 paket qabartma tozu
1 stəkan qatıq
yarım stəkan maye yağ
1 çay qaşığı duz
1 ədəd yumurta
Üzərinə yaxmaq üçün sous:

1 xörək qaşığı pomidor tomatı
2 xörək qaşığı maye yağ
1 çay qaşığı kəklikotu
yarım çay qaşığı istiot
yarım çay qaşığı pul bibər
yarım çay qaşığı duz
yarım stəkan su
Üzəri üçün:

kolbasa
yaşıl bibər
konservləşdirilmiş qarğıdalı dənələri
rəndələnmiş Holland pendiri
qara zeytun

Hazırlanma Qaydası!

Pizzanın xəmirini hazırlamaq üçün yoģurma qabına yumurta, qatıq və maye yağ töküb qarışdırın. Üzərinə duz, qabartma tozu və un töküb xəmir yoğurun. Xəmirin üstünü örtüb 10 dəqiqəlik kənarda saxlayın.

Sousunu hazırlamaq üçün pomidor tomatı, maye yağ, kəklikotu, istiot, pul bibər, duz və suyu bir qabda qarışdırın.

Xəmiri kündələrə bölüb tava böyüklüyündə açın. Tavanı yağlamadan xəmiri tavaya yerləşdirin. Üzərinə hazırladığınız sousu yaxın. Rəndələnmiş holland pendirin yarısını xəmirə səpib dilimlənmiş kolbasa, yaşıl bibər, qarğıdalı dənələri və qara zeytun düzün. Qalan holland pendirini də səpib tavanın qapağını örtün. Zəif ocaqda 10 dəqiqə qapağı açmadan bişirin. Daha sonra yoxlayaraq üzərindəki pendirlər əriyənədək bişirin. 15 dəqiqəyə hazır olan pizzanı isti-isti süfrəyə verin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
659 571 474 483 596 502

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.