Məndə nəyi axtarırsan
Məndə nəyi axtarırsan? İdeallığı axtarırsansa..
.Deyillər ideal insan yoxdur axı...Olmayanı axtarma,sonda ümidlərin puç olar.
Məndə nəyi axtarırsan?Gözəlliyi axtarırsansa...
Axı deyillər hər gözəlin bir eybi var...Birdən sənin görmək
istədiyin o gözəlliyi axtararkən gözəlliyi deyildə , eyibləri görərsən?
Məndə nəyi axtarırsan? Fərqliliyi axtarırsansa...
Axı hər bir insan fərqlidir...Sənin görmək istədiyin o fərq bəlkə məni başqaları kimi edəcək?

Məndə nəyi axtarırsan? Yaşaya bilmədiklərini?
Duya bilmədiklərini? Öz istəklərini? Səhvsizliyi? Daha nələr...?
Məndə nəyi axtarırsan? Görmək istədiklərini?
O zaman axtarma məndə öz düşüncələrini...Çünki “MƏNİ” deyil xəyalındakını
axtarmış olacaqsan. ”MƏNİ” olduğum kimi deyil “görmək istədiyin kimi”
qəbul edəcəksən. Məni “MƏN” olaraq deyil, sənin üçün “SƏN” olmağımı istəyəcəksən...
Axtarma məni düşüncələrində. Mən sənin üçün nə ideal ola bilərəm, nə səhvsiz, yalansız...
Mən sənin üçün “görmək istədiyin kimi” kimi deyil, “göründüyüm, olduğum kimi” olacağam.

Mən sənə “məndən istədiklərini” deyil “sahib olduqlarımı” verəcəyəm.
Mən sənə sevgimi verərəm ,dostluğumla , hörmətimlə bərabər...
”Hörmətdən dostluq yaranar ,lakin hər dostluqdan sevgi yaranmaz” onu anlayasan deyə...
Mən sənə arzularımı verərəm , qürurumla,ümidimlə bərabər...
Bəzən arzularından qüruruna görə imtina etsəndə ümidində yaşatmağı öyrənəsən deyə...

Mən sənə sevincimi gözyaşlarımla, kədərimi təbəssümümlə verərəm...
Sevincdən ağlamağı , kədəri təbəssümlə qarşılamağı öyrənəsən deyə...
Mən sənə göz yaşlarımı verərəm, HƏQİQƏTLƏ bərabər..
.Bəzən göz yaşlarının həqiqəti gizlədə biləcəyini anlayasan deyə...
Mən sənə təbəssümümü verərəm, “küskünlüklə” bərabər...
Bir təbəssümün küskünlükdə barışıq gətirdiyini analayasan deyə...

Mən sənə ürəyimi verərəm , bütün hisslərimlə, paxıllıqla bərabər...
Elə hisslərə sahib olki, ürəyin sevginə paxıllıq etsin deyə...
Mən sənə sevgimi verərəm , düşüncələrimlə , xəyalımla bərabər...
Sevginin düşüncələrin xəyalında yaşaya biləcəyini anlayasan deyə...
Mən sənə səmimiyyətimi verərəm, yalanlarla bərabər...
Yalanların “səmimiyyət” sözünün altında gizləndiyini anlayasan deyə...
Mən sənə bu günümü verərəm , keçmişimlə, gələcəyimlə bərabər...
Çünki bu günümdə yaşanansan , gələcəyimdə arzulanan...Keçmişimi isə verirəm “məni tanıyasan” deyə...

Mən sənə səssizliyimi verərəm, gülüşümün ən cingiltili səsi ilə bərabər...
Hər səssizlikdə içindəki xoşbəxtlik səsini duyasan deyə...
Mən sənə baxışlarımı verərəm, bütün gördüklərimlə bərabər...
İnsan hər baxışında görmək istədiklərini görər...
Düzgünlüklə baxsan düzgünlüyü ,gözəlliklə baxsan gözəlliyi,
paxıllıqla baxsan paxıllığı görə biləcəyini anlayasan deyə...
Mən sənə sonsuz sayda ən gözəl sözlərimi verərəm , bir pis hərəkətimlə bərabər...
Bir Pis hərəkətin sonsuz sayda gözəl sözlərin arasında gizlənə bilməyəcəyini anlayasan deyə...
Mən sənə “sahib olduqlarımı” verə bilərəm “ görmək istədiklərini” deyil...