"Əlvida" - Ramiz Rövşən

Səni sevdim sevilmədən, -
Dodağımda öpülməyən.
Hələ sənə deyilməyən
Sözlərim qaldı, əlvida!
Dodağımda öpülməyən.
Hələ sənə deyilməyən
Sözlərim qaldı, əlvida!
Güc yox ümid bəsləməyə,
Təzə sevgi gözləməyə,
Sifətimi gizləməyə
Dizlərim qaldı, əlvida!
Təzə sevgi gözləməyə,
Sifətimi gizləməyə
Dizlərim qaldı, əlvida!
Uçmadım quşlar içində, -
Yadlar, tanışlar içində,
Yağan yağışlar içində
Gözlərim qaldı, əlvida!..
Yadlar, tanışlar içində,
Yağan yağışlar içində
Gözlərim qaldı, əlvida!..







