Azərbaycanda hərbi helikopter qəzası.. 14 şəhid 2 yaralı..
Çərşənbə axşamı günü Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.
Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq "Qaraheybət" təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib.
Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib.
Dövlət Sərhəd Xidməti qəza nəticəsində həlak olanların adlarını açıqlayıb:
•polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
•polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
•mayor Həsənov Elmir Mircəlil oğlu;
•mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
•mayor Mayılov Emil Şahid oğlu;
•mayor Məmmədov Murad Yaşar oğlu;
•mayor Əliyev Emil Elman oğlu;
•tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
•kapitan Bayramlı Cavid Əhliman oğlu;
•kapitan Əliyev Xəyyam Əlixan oğlu;
•kapitan Qaraisayev Teymur Ənvər oğlu;
•leytenant Süleymanov Abdulla Telman oğlu;
•baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
•işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar, Dövlət Sərhəd Xidməti bildirib.
"Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır", DSX rəisi bildirib.
Pilot "ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı" idi
Report agentliyi yazır ki, Elçin Quliyev helikopterin pilotunun - polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biri olduğunu deyib.
"Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb", rəsmi bildirib.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyətinin hadisə yerində olduğu, hadisə ilə əlaqədar birgə araşdırmanın aparıldığı açıqlanıb.
Baş Prokurorluq bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin "uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda" və digər maddələri ilə cinayət işi başlanıb.
Məlumatda deyilir ki, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
"Kənar müdaxilə yoxdur"
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib ki, helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir.
"Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır", o bildirib.
Onun sözlərinə görə, hadisə yerindən qara qutunun götürülməsi təmin edilib, yaralılar dindirilib, iş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən zəruri sorğular verilib.
Hərbi məsələlər üzrə şərhçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, digər qoşun növlərindən fərqli olaraq Dövlət Sərhəd Xidmətinin istifadə etdiyi texnikalar daha yeni və keyfiyyətli olur.
"Dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hətta mən özüm də o helikopterlə Zəngilana, Qubalıya getmişəm. O tip helikopterlərdən mütəmadi istifadə edirlər. Mİ-17 kifayət qədər keyfiyyətli texnikadır. Səbəblərini istintaq araşdıracaq", - Üzeyir Cəfərov deyib.
Cənab Cəfərova görə qəzaya uğrayan helikopterin "qara qutu"sunun harada oxunmasına rəhbərlik qərar verəcək.
Azərbaycan Prezidenti hadisəylə bağlı həlak olanların ailələrinə başsağlığı verib.
Hadisə ilə bağlı Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Britaniyanın Azərbaycandakı səfiri James Sharp, İsrailin Azərbaycandakı səfiri Corc Dik, İranın Azərbaycandakı səfirliyi, Türkiyə səfiri Cahit Bağçı və digər Türkiyə rəsmiləri başsağlığı veriblər.
Allah rəhmət eləsin!