n2006

n2006 Mətbəx 7-12-2021, 17:30

Ətirli Çiyələkli Ürək Piroqu

Ətirli Çiyələkli Ürək Piroqu
Yay aylarının əvəzolunmaz meyvəsi sayılan çiyələk, dadı ilə yanaşı insan sağlamlığına da bir çox
faydası var. Çiyələk orqanizm üçün vacib və lazım olan C vitamin ilə zəngindir. Gözün sağlamlığını qoruyur, qanı təmizləyir və dərini yeniləyir..Əsl yay fəslinə uyğun reseptdir, xüsusilə, təzə çiyələklə hazırlandıqda dadına doymaq olmur.

Tərkibi:

3-4 stəkan doğranmış çiyələk
dondurulmuş qat-qat xəmir
1/2 stəkan şəkər tozu
1/2 stəkan su
3 xörək qaşığı qarğıdalı nişastası
1 yumurta sarısı
Hazırlanma qaydası:

İlk öncə çiyələkləri doğrayıb üzərinə şəkər tozunu əlavə edin. Orta ölçülü qazanda suyu, kraxmalı və şəkərli çiyələyi zəif odda təqribən 10 dəqiqə qaynadın. Bu müddətdə qat-qat xəmiri oxlovla yayın, ürək formalı qəliblə kiçik-kiçik ürəklər kəsin. Piroq qəlibinin alt qisminə qat-qat xəmirin birini sərin, üzərinə soyumuş çiyələkli içliyi töküb yayın. Kəsdiyiniz ürəkləri şəkildə gördüyünüz formada aralıqsız çiyələyin üzərinə düzün. Düzdüyünüz ürəklərin üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzərləri qızaranadək 20 dəqiqə bişirin.













Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 524 496 526 501 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.