n2006

n2006 Mətbəx 12-12-2021, 12:30

Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbəti

Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbəti
Payız fəslinin ən sevilən meyvələrindən nardan həzmi asanlaşdıran şərbət hazırlaya bilərsiniz. Həkimlər nar şərbətini sinə ağrıları, öskürək və boğazı yumşaltmaq üçün tövsiyyə edir

Tərkibi:

3 kq nar
2 kq şəkər tozu
1 litr nar suyu
2 ədəd limon
3 ədəd çubuq darçın
2,5 litr su
Hazırlanma qaydası:

İlk öncə narları qabıqlarından təmizləyərək dənələyin. Böyük bir qazanın içərisinə nar dənələrini, şəkər tozunu və darçını tökün. Üzərinə suyu da əlavə edib zəif ocaqda şəkər tozu əriyənədək qaynadın. Qaynayan qarışığa 2 ədəd limonun suyunu əlavə edib şərbəti ocaqdan götürün. Soyuyan şərbətə nar suyu əlavə edib süzün. Nar şərbətini soyuducuya yerləşdirib soyuq halda(və ya otaq temperaturunda) süfrəyə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 451 408 417 361 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.